Ali Qapı (azərb. Yüksək Qapı‎; fars. عالی‌قاپو‎:, Ali Kapu) hal-hazırda İranın İsfahan şəhərində yerləşən Səfəvilər dövrünə aid saraydır. Dünyanın ən böyük meydanlarından biri olan Nəqşi Cahan meydanının qərbində yerləşir. Bu saray qırx səkkiz metr hündürlükdə, 6 mərtəbəlidir.

Mərasim yeri olan Ali Qapı, kompleksin qapalı quruluşu ilə meydanın ictimailiyi arasında simvolik keçid rolunu oynayırdı. Ali Qapının bir hissəsi olduğu Dövlətxana Saray Kompleksi bir-birinə bağlı olan və müxtəlif funksiyalar üçün istifadə edilən çoxlu binalardan ibarət idi. Bu kompleksin tikintisinə I Şah Abbasın dövründə başlanmışdır; Şah Səfi dövründə yeni bölmələr əlavə edilmiş və bütün tikinti  II Şah Abbas tərəfindən sona çatıdırlmışdır. Kompleks dövlətxanə, hərəmxana, dəftərxana, səfirlərin qəbul olunduğu Talar-e Tavile adlı kiçik pavilyon və Ali Qapı Sarayı da daxil olmaqla bir sıra binadan ibarətidi. Səfəvi saraylarının ...Read more

Ali Qapı (azərb. Yüksək Qapı‎; fars. عالی‌قاپو‎:, Ali Kapu) hal-hazırda İranın İsfahan şəhərində yerləşən Səfəvilər dövrünə aid saraydır. Dünyanın ən böyük meydanlarından biri olan Nəqşi Cahan meydanının qərbində yerləşir. Bu saray qırx səkkiz metr hündürlükdə, 6 mərtəbəlidir.

Mərasim yeri olan Ali Qapı, kompleksin qapalı quruluşu ilə meydanın ictimailiyi arasında simvolik keçid rolunu oynayırdı. Ali Qapının bir hissəsi olduğu Dövlətxana Saray Kompleksi bir-birinə bağlı olan və müxtəlif funksiyalar üçün istifadə edilən çoxlu binalardan ibarət idi. Bu kompleksin tikintisinə I Şah Abbasın dövründə başlanmışdır; Şah Səfi dövründə yeni bölmələr əlavə edilmiş və bütün tikinti  II Şah Abbas tərəfindən sona çatıdırlmışdır. Kompleks dövlətxanə, hərəmxana, dəftərxana, səfirlərin qəbul olunduğu Talar-e Tavile adlı kiçik pavilyon və Ali Qapı Sarayı da daxil olmaqla bir sıra binadan ibarətidi. Səfəvi saraylarının ən fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, onların ətraflarında qalın divarlar və ya qalalar olmur. Görünürlük və açıqlıq Səfəvi şahlarının və dövlətin təmsil olunduğu saray memarlığının səciyyəvi xüsusiyyətləri idi. Səfəvi paytaxtının mərkəzində yerləşən Ali Qapı sarayı qalın və hündür divarlarla əhatə olunmuş intruziv Osmanlı və Moğol saraylarından fərqli olaraq şəhərin ən canlı ticarət və dini mərkəzlərindən birinin tərkib hissəsi kimi tikilmişdir. Səfəvi şahları öz müasirlərindən fərqli olaraq, yer üzündə imamların nümayəndəsi olmaq iddiasından çıxış etmiş, təvazökarlıq və səxavət məfhumlarına daha çox önəm vermiş, onları mərasim və memarlıq fəaliyyətlərində də göstərməyə çalışmışdırlar. Ali Qapı Sarayı ilə meydan arasında vasitəsiz vizual və məkan əlaqəsi də bu memarlıq mədəniyyətinin təzahürüdür. İranın 20.000 rial əskinasının arxa tərəfində saray təsvir edilmişdir. Saray 1953-cü il tarixli İran 20 rial əskinaslarının arxa tərəfində də təsvir edilmişdir.

Photographies by:
شهاب الدین علیشاهی - CC BY-SA 4.0
Mostafameraji - CC BY-SA 4.0
Mostafameraji - CC BY-SA 4.0
Mostafameraji - CC BY-SA 4.0
Mostafameraji - CC BY-SA 4.0
Mostafameraji - CC BY-SA 4.0
Zones
Statistics: Position
47
Statistics: Rank
1029717

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
695782413Click/tap this sequence: 1647

Google street view

Where can you sleep near Ali Qapı ?

Booking.com
490.686 visits in total, 9.208 Points of interest, 405 Destinations, 62 visits today.