Borobudur (yav. ꦕꦤ꧀ꦣꦶꦧꦫꦧꦸꦣꦸꦂ, ind. Candi Borobudur) — İndoneziyada, Mərkəzi Yavada yerəşən, 9-cu əsrə aid Mahayana Buddist məbədi. Borubodur dünyanın ən geniş buddist məbədi hesab olunur. Məbəd, 6-sı kvadrat və 3-ü dairə şəkilli olmaqla 9 pillədən ibarətdir və baş hissəsi mərkəzi gümbəz ilə sonlanır. Burada ümumilikdə 2,672 relyef panelləri və 504 Budda heykəlləri vardır. Mərkəzi günbəz 72 Budda heykəli ilə əhatə olunmuşdur hansı ki, perforasiya olunmuş (deşikli) stupalarda yerləşdirilib.

9-cu əsrdə, Sailendra sülaləsi dövründə tikilmiş Borobudur məbədi, İndoneziyanın yerli ibadət ənənələrini və Buddizm konsepti olan Nirvanaya çatmağı təmsil edir. Məbəddə Gupta incəsənətinin nümunələri, Hindistanın həmin regiona olan təsirini göstərsə də, orada olan yerli İndoneziya mədəniyyət və memarlıq elementlərinin yetəri qədər istifadəsi, məbədin xüsusi İndoneziya mədəniyyət və memarlığını təmsil etdiyini göstərir. Borobudur məbədi, Bu...Read more

Borobudur (yav. ꦕꦤ꧀ꦣꦶꦧꦫꦧꦸꦣꦸꦂ, ind. Candi Borobudur) — İndoneziyada, Mərkəzi Yavada yerəşən, 9-cu əsrə aid Mahayana Buddist məbədi. Borubodur dünyanın ən geniş buddist məbədi hesab olunur. Məbəd, 6-sı kvadrat və 3-ü dairə şəkilli olmaqla 9 pillədən ibarətdir və baş hissəsi mərkəzi gümbəz ilə sonlanır. Burada ümumilikdə 2,672 relyef panelləri və 504 Budda heykəlləri vardır. Mərkəzi günbəz 72 Budda heykəli ilə əhatə olunmuşdur hansı ki, perforasiya olunmuş (deşikli) stupalarda yerləşdirilib.

9-cu əsrdə, Sailendra sülaləsi dövründə tikilmiş Borobudur məbədi, İndoneziyanın yerli ibadət ənənələrini və Buddizm konsepti olan Nirvanaya çatmağı təmsil edir. Məbəddə Gupta incəsənətinin nümunələri, Hindistanın həmin regiona olan təsirini göstərsə də, orada olan yerli İndoneziya mədəniyyət və memarlıq elementlərinin yetəri qədər istifadəsi, məbədin xüsusi İndoneziya mədəniyyət və memarlığını təmsil etdiyini göstərir. Borobudur məbədi, Buddaya həsr olunmuş türbə və Buddistərin ziyarətgahıdır. Burada ziyarət, məbədin təməl pilləsindən başlayır və abidənin ətrafından dolanaraq yuxarı doğru üç mərhələli Buddist kosmologiyasını izləyir։ Kāmadhātu (arzular dünyası), Rupadhatu (formalar dünyası), Arupadhatu (qeyri-formal dünya). Məbəd, ziyarətçilərə geniş pilləkan və 1460 ədəd relyef panellərlə bəzədilmiş dəhliz sistemi ilə rəhbərlik edir. Borobudur, dünyanın ən geniş və tam ansambl şəklində olan Budda relyeflərinə sahibdir.

Sübutlar göstərir ki, Borobudur 9-cu əsrdə tikilmiş, lakin sonradan Yavada Hindu krallıqlarının düşməsi və Yavalıların İslam dinini qəbul etməsindən sonra tərk edilmişdir. Dünya miqyasında Borobudur məbədinin mövcudluğu ilk dəfə Stemford Rafflz tərəfindən, sonradan isə yerli indoneziya əhalisinin Britaniya müstəmləkəçilərinə məbədin yerləşdiyi yer haqqında verdiyi məlumatla qeydə alınmışdır. Bu dövrdən sonra məbəd bir neçə bərpa işləri ilə qorunmuşdur. Ən böyük bərpa layihəsi isə 1975 və 1982-ci illər arasında, İndoneziya hökuməti və UNESCO tərəfindən aparılmışdır və məbədin UNESCO Dünya Mədəniyyət Mirasları siyahısına salınması ilə nəticələnmişdir.

Borubodur dünyanın ən geniş Buddist məbədi hesab olunur və Cənub-Şərqi Asiyada yerləşən Baqan (Myanmar), Anqkor Vat (Kamboca) kimi böyük tarixi əhəmiyyətli abidələrlə bir sırada yer alır. Borobudur buddist zəvvarlarının populyar ziyarətgahı sayılır və burada İndoneziyalı buddistlər Vesak gününü qeyd edirlər.

Photographies by:
frank wouters from antwerpen, belgium - CC BY 2.0
Statistics: Position
1397
Statistics: Rank
86785

Add new comment

CAPTCHA
Security
526834719Click/tap this sequence: 9947
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Borobudur ?

Booking.com
539.532 visits in total, 9.234 Points of interest, 405 Destinations, 19 visits today.