( Çin əjdahası )

Çin əjdahası — Çin folklorunda və Çin mifologiyasında əfsanəvi məxluq. Əjdahaların tısbağa, balıq və xəyali varlıqlar kimi bir çox heyvana oxşayan formaları var, ancaq onlar daha çox dörd ayaqlı ilan kimi təsvir olunurlar. İn və Yan terminologiyasında əjdaha yandır, Çin feniksi isə ini tamamlayır. Çin əjdahaları ənənəvi olaraq, mərhəməti və əzəmətin qüdrətini simvolizə edir, xüsusi olaraq isə suyu, yağışı, tufanı və daşqını idarə etmək gücünə malikdir. Əjdaha həmçinin gücü, qüvvəni və buna layiq olan insanlar üçün uğuru simvolizə edir. Bununla belə, Çin imperatoru imperiyanın gücünü göstərmək üçün əjdahadan istifadə edirdi.

Çinin gündəlik danışıq dilində hörmətli və məşhur insanları əjdaha ilə, bacarıqsız və nailiyyətləri olmayan insanları isə soxulcan kimi ehtiram göstərilməyən varlıqlarla müqayisə edirlər. Bir çox Çin atalar sözü və idiomlarında əjdahaya aid nümunələr var, məsələn: Ümidli birinin oğlu əjdaha olacaq (望子成龍,wàng zǐ chéng lóng, yəni, oğlunun bir əjdaha çevrilməsi ümidi ilə).

Destinations