Çonqoni qaya təsvirləri


Çonqoni qaya təsvirləri — Malavidə, Malavi yaylasının meşəli təpələrində yerləşən 127 ərazidən ibarət qaya təsvirləri və Son daş, Dəmir dövrü fermer cəmiyyətinin şəkilləri. Mədəniyyət tarixinin bu qədim qeydləri hələ də dəyişməzdir.

Bu mədəni əhəmiyyətinə görə ərazi, mövcud cəmiyyətlə davamlı əlaqəsi və qaya sənətinin zəngin mədəni ənənələrinə görə 2006-cı ildə vı meyraı altında UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Ayin və mərasimləri simvolizə edən qaya təsvirləri, əsasən Şeva qəbiləsindən olan qadınların yaradıcılığıdır. Qəbilələrin təbii yaşayış yerlərindən istifadə və idarəetmə tərzlərini təmsil edən üslub, Çanqoni yaşayış məskənində Bantu qəbilələri tərəfindən də davam etdirilmişdir.

Ərazidə tapılan erkən Daş dövrünə aid arxeoloji tapıntılar Yuxarı Pleystosen dövrünə aiddir. Ərazidə tapılan maddi tapıntılara görə e.ə 2500-ci ildə qaya təvirlərinin yaradıcıları olaraq düşünülən insanlar burada yaşayış məskəni qurmuşlar.[1]

Dəmir dövrünə aid yaşayış məntəqələri eramızın I minilliyindən başlayır və fermerlər tərəfindən ağ qaya şəkillərinin təsvir edildiyi zamanlara təsadüf edilir. Təbii fiqurlar ağ gildən hazırlanmışdı. Təsərrüfat icması və ovçu-yığıcılar sonuncu qrupun əkinçilik qrupuna verildiyi 19-cu əsrə qədər bir yerdə çalışırdılar.[1] XV əsrdə Maravi Çeva xalqı Lubalandın şimal-qərb bölgəsindən buraya köçməsi, bütün qrupları birləşdirərək Maravi İmperiyasının qurulması ilə nəticələndi.[1]

Ərazi 1924-cü ildə Meşə Qoruğu elan edildikdən və kəndlərin sərhədləri ayrıldıqdan sonra 1930-cu illərdə ilk qaya təsvirlərinin tapıldığı bildirildi və daha sonra 1950-ci illərdə bir neçə ərazinin təfərrüatları dərc olundu.[1] 1969-cu ildə ümumilikdə 127 ərazidən beş qaya təsviri qorunan milli abidə elan edildi və ictimaiyyət tərəfindən ziyarətə açıldı.[1]

↑ 1 2 3 4 5 Sitat səhvi: Yanlış <ref> teqi; Unesco adlı istinad üçün mətn göstərilməyib
Photographies by:
Zones
Statistics: Position
6218
Statistics: Rank
12252

Add new comment

CAPTCHA
Security
579312684Click/tap this sequence: 4116
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Çonqoni qaya təsvirləri ?

Booking.com
493.091 visits in total, 9.215 Points of interest, 405 Destinations, 170 visits today.