Hayle Selassi

Hayle Selassi (Amharca ቀዳማዊ ኃይለ ሥላሴ, Üçləmənin gücü), əsl adı Tafari Makonnen (ተፈሪ መኮነን), (d. 23 iyul 1892 — ö. 27 avqust 1975) — Efiopiyanın son imperatoru (1930–1974).

Yamaykada H. I. M. (His Imperial Majesty) olaraq tanınır. Ləqəbi Nequse Neqest (Krallar kralı) idi və özünü Süleymanın 225-ci xələfi olaraq tanıdırdı. Ölkəsinin modernləşməsinə öndərlik edərək II Dünya müharibəsi sonrası Afrika siyasi həyatında əhəmiyyətli bir mövqe əldə etməsini təmin etmiş və Əddis-Əbəbəyı Afrika Birliyi Təşkilatının (OAU) əsas mərkəzi vəziyyətinə gətirmişdir. 1974-cü ildə SSRİ-nin dəstəyi baş verən hərbi çevrilişlə taxtdan salınmışdır.

Destinations