Kaali kraater
( Kaali krateri )Kaali (est. Kaali kraater) və ya Kaalinyarvi (fin Kaalinjärvi) — Estoniyada meteorit krateri. Saaremaa adasında yerləşən bu krater 3470–3545 il əvvəl, holosen dövründə meteorit düşməsi nəticəsində yaranmışdır. Tartu universitetinin 2016-cı ildə apardığı radiokarbon analizlərinə görə krater e.ə 1500–1600 illərdə yaranmışdır. Kraterdə eyni adlı kiçik göl var. Kaali planetin səkkizinci ən gənc krateri hesab olunur.
Add new comment