Parc Nacional Maritimoterrestre de l'Arxipèlag de Cabrera

( Kabrera Arxipelaqı Milli Parkı )

Kabrera Arxipelaqı Milli Parkı (isp. Parque Nacional Marítimo-Terrestre del Archipiélago de Cabrera; kat. Parc Nacional Maritimoterrestre de l'Arxipèlag de Cabrera) — İspaniyanın Balear adaları muxtar birliyinin (isp. Islas Baleares; kat. Illes Balears) tərkib hissəsi olan Kabrera arxipelaqını əhatə edən milli park. Milli parkın sahəsi 100 km2-dir, amma sahəsinin 87 km2-lık hissəsi Aralıq dənizinin sularıdır. Buna görə də həm də dəniz milli parkıdır. Uzaqlığına görə milli parkın ziyarətçiləri azdır. Kabrera Arxipelaqı Milli Parkının daimi əhalisi yoxdur, lakin burada 100-ə yaxın milli park işçisi fəaliyyət göstərir.

Arxipelaq böyük təbii dəyərə malikdir. İzolyasiya olunmuş vəziyyətinə görə, arxipelaq demək olar ki, toxunulmamış qalmışdır. Kabrera arxipelaqının sahilləri İspaniyanın, hətta Aralıq dənizinin ən yaxşı qorunmuş sahilləri hesab olun...Read more

Kabrera Arxipelaqı Milli Parkı (isp. Parque Nacional Marítimo-Terrestre del Archipiélago de Cabrera; kat. Parc Nacional Maritimoterrestre de l'Arxipèlag de Cabrera) — İspaniyanın Balear adaları muxtar birliyinin (isp. Islas Baleares; kat. Illes Balears) tərkib hissəsi olan Kabrera arxipelaqını əhatə edən milli park. Milli parkın sahəsi 100 km2-dir, amma sahəsinin 87 km2-lık hissəsi Aralıq dənizinin sularıdır. Buna görə də həm də dəniz milli parkıdır. Uzaqlığına görə milli parkın ziyarətçiləri azdır. Kabrera Arxipelaqı Milli Parkının daimi əhalisi yoxdur, lakin burada 100-ə yaxın milli park işçisi fəaliyyət göstərir.

Arxipelaq böyük təbii dəyərə malikdir. İzolyasiya olunmuş vəziyyətinə görə, arxipelaq demək olar ki, toxunulmamış qalmışdır. Kabrera arxipelaqının sahilləri İspaniyanın, hətta Aralıq dənizinin ən yaxşı qorunmuş sahilləri hesab olunur. Adalarda xeyli dəniz quş koloniyası vardır, burada endemik quş növləri aşkarlanmışdır. Quş növlərinin zənginliyinə görə milli park həm də Quşlar Direktivi tərəfindən "Xüsusi mühafizə bölgəsi" statusu qazanmışdır. Həmçinin Kabrera Arxipelaqı Milli Parkı "Natura 2000" layihəsi çərçivəsində "Cəmiyyət əhəmiyyətli yer" elan olunmuşdur. Milli park Barselona konvensiyasına görə "Aralıq dənizinin xüsusi qorunan ərazisi" statusu almışdır.

Uzaqlığına baxmayaraq, adalar inzibati cəhətdən Palma şəhərinin tərkibindədir.

 XIV əsrdən qaldığı düşünülən Kabrera qalası.

Arxipelaqın 1973–1986-cı illərdə İspaniya Silahlı Qüvvələri tərəfindən istifadə olunması onun qorunmasında çətinlik yaratmışdır. 1988-ci ildə Balear adaları bələdiyyəsi yekdillik nümayiş etdirərək Kabrera Arxipelaqı Milli Parkının təşkil edilməsi haqqında qətnamə hazırlamış və onu İspaniya hökumətinə göndərmişdir. 1991-ci ilin aprelin 29-unda Kabrera Arxipelaqı Milli Parkı qurulmuşdur.[1][2]

Məhdud da olsa, arxipelaqdan hələ də hərbi məqsədlər üçün istifadə olunur.

Act 14/1991 for the Creation of the Cabrera Archipelago Maritime-Terrestrial National Park Arxivləşdirilib 2011-09-15 at the Wayback Machine  (isp.) Pla d'ús i gestió del Parc Nacional Maritimoterrestre de l'Arxipèlag de Cabrera Arxivləşdirilib 2022-01-21 at the Wayback Machine  (kat.)
Photographies by:
Lindelorendor - CC BY-SA 4.0
Maximovich Nikolay - CC BY 3.0
macià puiggròs noguera - CC BY 2.0
Lindelorendor - CC BY-SA 4.0
Statistics: Position
7257
Statistics: Rank
8168

Add new comment

CAPTCHA
Security
954731628Click/tap this sequence: 2419
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Kabrera Arxipelaqı Milli Parkı ?

Booking.com
493.597 visits in total, 9.222 Points of interest, 405 Destinations, 110 visits today.