Canal Grande
( Kanal Qrande )Kanal Qrande (it. Canal Grande) — İtaliyanın Venesiya şəhərində su kanalı.
Uzunluğu 3800, eni 30-70, dərinliyi isə 5 metrdir.
Kanalın sahili demək olar ki, yoxdur. Onu evlərin fasadı əvəzləyir. Adətən bu evlərin iki çıxışı olur: həm quruya, həm də suya. Kanalın kənarında 100-ə yaxın saray var ki, ona görə bəzən ona "Saray Kanalı" da deyirlər.
Çində çox milyonlu sənaye şəhəri Tyanszində bu kanalın prototipi tikilmişdir.
Add new comment