Kölner Dom

( Köln kafedralı )

Köln kafedralı (lat. Ecclesia Cathedralis Sanctorum Petri et Mariae, rəsmən Hohe Domkirche St. Petrus) — Almaniyanın Köln şəhərində yerləşən Roma-Katolik kilsəsidir. Kafedral həm də Köln arxiyepiskopunun iqamətgahı və yeparxiyanın inzibati binası kimi istifadə olunur. Alman katolisizminin və qotik memarlığın ən məşhur abidələrindən biri olan tikili, həm də UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Hər gün 20,000-dən çox insanın ziyarət etdiyi kafedral Almaniyanın ən məşhur turistik obyektlərindən birdir.

Köln kafedralının inşasına 1248-ci ildə başlanılmış və 1473-cü ildə tikinti işləri tam başa çatmamış dayandırılmışdır. XIX əsrdə yenidən başladılan tikinti işləri orijinal plan əsasında 1880-ci ildə tamamlanmışdır. 144.5 metr (474 ft) uzunluğu və 86.5 m (284 ft) eni olan kafedralın qüllələrinin hündürlüyü 157 m (515 ft)-dir. Şimali Avropanın ən böyük qotik kilsəsi olan Köln kafedralı həm də dünyad...Read more

Köln kafedralı (lat. Ecclesia Cathedralis Sanctorum Petri et Mariae, rəsmən Hohe Domkirche St. Petrus) — Almaniyanın Köln şəhərində yerləşən Roma-Katolik kilsəsidir. Kafedral həm də Köln arxiyepiskopunun iqamətgahı və yeparxiyanın inzibati binası kimi istifadə olunur. Alman katolisizminin və qotik memarlığın ən məşhur abidələrindən biri olan tikili, həm də UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Hər gün 20,000-dən çox insanın ziyarət etdiyi kafedral Almaniyanın ən məşhur turistik obyektlərindən birdir.

Köln kafedralının inşasına 1248-ci ildə başlanılmış və 1473-cü ildə tikinti işləri tam başa çatmamış dayandırılmışdır. XIX əsrdə yenidən başladılan tikinti işləri orijinal plan əsasında 1880-ci ildə tamamlanmışdır. 144.5 metr (474 ft) uzunluğu və 86.5 m (284 ft) eni olan kafedralın qüllələrinin hündürlüyü 157 m (515 ft)-dir. Şimali Avropanın ən böyük qotik kilsəsi olan Köln kafedralı həm də dünyada Ulm kilsəsindən sonra ən hündür kilsədir. İki nəhəng qüllə kilsəyə dünyada ən böyük kilsə fasadlarından birinə malik olmaq imkanı vermişdir. Kilsə xoru bütün orta əsrlər kilsələri arasında böyük ölçülərə (3.6:1) malikdir.

Kölnün orta əsr memarları Üç Kral məbədi relikviyası üçün inşa etdikləri bu nəhəng məbədin həm də Müqəddəs Roma imperiyası imperatorunun ibadət yeri olacağını nəzərə almışdılar. Orta əsrlər dövründə yarımçıq qalmasına baxmayaraq, Köln kafedralı, “müstəsna həqiqi dəyərinə görə şah əsər” kimi dəyərləndirilmiş və “orta əsrlərdə, elə də də müasir dövrdə Avropada güclü xristian inancının simvollarından biri” olması bildirilmişdir.

Photographies by:
Statistics: Position
159
Statistics: Rank
345591

Add new comment

CAPTCHA
Security
957381246Click/tap this sequence: 6457
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Köln kafedralı ?

Booking.com
493.597 visits in total, 9.222 Points of interest, 405 Destinations, 110 visits today.