Konstantinopolis Surları
( Konstantinopol divarları )Konstantinopol divarları, Konstantinopolun müdafiə divarları və ya İstanbul divarları, hazırda İstanbulun sərhədləri içərisində olan İstanbulu əhatə edən və Şərqi Roma İmperiyası dövründə inşa edilmiş şəhər divarlarıdır. V əsrdən başlayaraq şəhəri əhatə edən divarlar sökülmə və yenidənqurma işləri ilə dörd dəfə əsaslı təmir edilmişdir. Son konstruksiyası eramızın 408-ci ilindən sonra olmuşdur. II Theodosius (408–450) dövründə İstanbul divarları Sarayburnudan Haliç sahili boyunca Ayvansaraya, bu tərəfdən Mərmərə dənizi sahilləri boyunca Yeddiqülləyə, Yeddiqüllədən Topqapıya, Topqapıdan Ayvansaraya qədər uzanırdı.
Add new comment