Currywurst ( Körivurst )

Körivurst— pomidorlu sous və köri tozu və ya köri ketçupu ilə servis edilən qızardılmış kolbasa yeməyidir. Kolbasa tam və ya doğranmış şəkildə servis edilir. Bu yemək alman mətbəxinə aid edilir. Yeməkdə adətən azca qızardılmış, qabıqlı və ya qabıqsız kolbasalardan istifadə edilir. İkinci Dünya Müharibəsindən sonra məşhurlaşan yemək əsasən fasfut yemək hesab edilir. Körivurst alman müəssisələrinin yeməkxanalarının sevilən yeməklərindən biridir və həmçinin evlərdə də hazır yeməklər kimi istifadə edilir.

Almaniyada illik olaraq 800 milyondan çox körivurst istehlak edilir. Bundan əlavə körivust dedikdə həmçinin tərkibində köri tozu olan kolbasalar da başa düşülür. Körivurst (qızardılmış kartofla birlikdı) 2020-ci ildə ardıcıl olaraq 28-ci dəfə Almaniyada ən sevilən yeməkxana yeməkləri arasında birinci yerdədir.

Destinations