Лайка (собака-космонавт)

( Layka )

Layka (rus. Лайка, hərfi mənada "hürən", təq. 1954, Moskva, RSFSR, SSRİ3 noyabr 1957, Sputnik-2) — Yerətrafı orbitə çıxan ilk heyvan və Sovet kosmos iti(en). Adi küçə iti olan Layka kosmosa gedən ilk canlılardan biri idi. O, 1957-...Read more

Layka (rus. Лайка, hərfi mənada "hürən", təq. 1954, Moskva, RSFSR, SSRİ3 noyabr 1957, Sputnik-2) — Yerətrafı orbitə çıxan ilk heyvan və Sovet kosmos iti(en). Adi küçə iti olan Layka kosmosa gedən ilk canlılardan biri idi. O, 1957-ci il noyabrın 3-də Sputnik-2 adı altında kosmosa göndərilən R-7 raketinin sakini kimi seçilmişdi. Kosmosa göndərilən vaxt onun təqribən 3 yaşı var idi.

Bəzi alimlər fikirləşirdilər ki, insanlar kosmosa getsələr orada məhv olarlar. Buna görə də, kosmosa it göndərmək fikrində idilər. Həmin vaxtlarda kosmik uçuşların canlılara təsirinə dair məlumat az olduğuna görə Laykanın yaşama ehtimalının çox az olacağı düşünülürdü.

Layka çox güman ki, R-7 raketi ilə onun yerləşdiyi hissənin ayrılması anında baş vermiş qəza səbəbilə meydana gələn hipertermiya (həddən artıq istilik) nəticəsində qalxışdan sonrakı bir neçə saat içində ölmüşdür. Ölümünün əsl səbəbi və vaxtı 2002-ci ilə qədər açıqlanmadı. Səbəb olaraq əsasən altıncı gündə oksigeninin qurtardığı deyilirdi. Bu səbəb də canlıların qravitasiya olmayan sahə — orbitə gedə bilməsinin mümkün olduğunu göstərirdi. Beləcə pilotlu kosmik uçuşlar dövrü başladı. Təxminən 4 il sonra 12 aprel 1961-ci ildə SSRİ Vostok 1 adlı proqramla kosmosa ilk pilotlu uçuş həyata keçirdi.

2008-ci il 11 apreldə Rusiya rəsmiləri Laykaya həsr edilən abidənin açılış mərasimini keçirdilər. Laykanın şərəfinə abidə kosmosa uçuşu hazırladığı Moskvada hərbi araşdırma təsisi yaxınlığında inşa edildi. Abidə də raketin üstündə duran bir iti təsvir etmişdir. O, Moskvada Kosmosu fəth edənlər abidəsində də yer alır.

Photographies by:
Statistics: Position
8217
Statistics: Rank
5105

Add new comment

CAPTCHA
Security
491362578Click/tap this sequence: 4811
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Layka ?

Booking.com
493.586 visits in total, 9.222 Points of interest, 405 Destinations, 99 visits today.