وادي ميزاب

( Mzab )


M'zab və ya Mzab (ərəb. مزاب‎) — Əlcəzairin Qaraday vilayətində, Böyük Səhranın şimalında yerləşən təbii bir bölgəsidir. Paytaxt Əlcəzair şəhərindən 600 kilometr (370 mil) cənubda yerləşir və burada təxminən 360.000 nəfər (2005-ci ilə olan məlumat) əhali yaşayır. Əhali İbadidir.

Ərazinin əsas sakinləri mozabit xalqıdır. Mozabitlər Əlcəzairin orta cənubundakı geniş ərazilərindədə yaşayan İznaten adlı böyük bir Bərbər qəbiləsinin bir qoludur.

Müsəlmanların Məğribi fəth etməsindən sonra Mozabitlər Mötəzililər məktəbinin müsəlmanları oldular. Yerli xristian əhalisi burada yaşamağa XI əsrə qədər davam etdi.[1] Rüstəmilər dövlətinin süqutundan sonra bəzi vətəndaşları ilə birlikdə Rüstəmid sülaləsi sığınacaq yeri olaraq Mzab Vadisini seçdi. Lakin Rüstəmidlər İbadi idi və yerli Mozabitləri müvəffəqiyyətlə çevirən bir vəzir (Əbu Bəkr ən-Nafusi) göndərdilər.

Fransa 1830-cu ildə Osmanlı Əlcəzairini işğal etdi. Mzab yalnız 1882-ci ildə Fransaya əlavə edildi və 1962-ci ilin yayında milli müstəqillik əldə etdikdən sonra Əlcəzairin yerli hakimiyyətinə qayıtdı. Qaradaya (Tağardayt), Mzabın əsas şəhəri və paytaxtı, əl-Ateuf (Taynint) isə bölgədəki ən qədim yaşayış məskənidir.[2]

Hrbek, Ivan. Africa from the Seventh to the Eleventh Century. Unesco. International Scientific Committee for the Drafting of a General History of Africa. J. Currey. 1992. səh. 34. ISBN 0852550936. 2020-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-30. "M'zab". 2016-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-30.
Photographies by:
PhR61 - CC BY 2.0
Statistics: Position
634
Statistics: Rank
155617

Add new comment

CAPTCHA
Security
437915286Click/tap this sequence: 9214
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Mzab ?

Booking.com
495.202 visits in total, 9.222 Points of interest, 405 Destinations, 27 visits today.