Odense

( Odens )

Odens Danimarkanın üçüncü ən böyük (Kopenhagen və Orhusdan sonra) və Funen adasında yerləşən ən böyük şəhərdir. 1 yanvar 2023-cü il tarixinə şəhərin əhalisi 182.387 insan təşkil etmişdir, Odens Bələdiyyəsinin ərazisində isə 207.762 əhali yaşayırdı, bu isə onu Danimarkanın dördüncü ən böyük bələdiyyəsi edir (Kopenhagen, Orhus və Aalborq bələdiyyələrindən sonra). Avrostat və İƏİT-nin 1 iyul 2022-ci il məlumatına görə Funen əyalətindəki (Danimarka: >landsdel) bütün bələdiyyələri əhatə edən Odense Böyükşəhər (aqlomerasiya) ərazisində 504,066 nəfər əhali yaşamaqdadır.

Şəhər 1970-ci ilə qədər Odens qraflığının, 1970-ci ildən 2007-ci ilin yanvarın birinə qədər, Cənubi Danimarka Bölgəsinin bir hissəsinə çevrildiyi vaxta qədər, Funen qraflığının mərkəzi olmuşdur. Odense hər şeydən əvvəl nağılları ilə yadda qalan Hans Kristian Andersenlə sıx əlaqəyə malikdir. O, 1805-ci ildə bu şəhərdə anadan olub və uşaqlıq illərini burada keçirib.

Odense ərazisində 4000 ildən a...Read more

Odense ərazisində 4000 ildən artıqdır ki, insan məskənləri salınıb, baxmayaraq ki, eramızın 988-ci ilinə qədər heç yerdə şəhər haqda yazılı məlumat tapmaq mümkün olmayıb, 1070-ci ildə Odens artıq çiçəklənən bir şəhərə çevrilmişdir. Son Vikinq kralı hesab edilən Danimarkalı IV Kanut , 10 iyul 1086-cı ildə burada kəndlilər tərəfindən öldürülüb. Şəhər 1249-cu ildə saray savaşlarından sonra yandırılsa da, o, tez bir zamanda bərpa edilib Orta əsrlərin ticarət mərkəzinə çevrildi. Bir müddət davam edən iqtisadi çöküşdən sonra, 18-ci yüzillikdə genişmiqyaslı inkişaf planları qəbul edildi, bu, Odens sarayının yenidən qurulmasına və ticarəti asanlaşdıran Odens limanına kanalın tikintisinə səbəb oldu. 1865-ci ildə burada Danimarkanın ən böyük dəmir yolu terminallarından biri tikildi, bu da əhalini və ticarəti daha da artırdı və 1900-cü ildə Odensin əhalisi 35.000-ə çatdı. Odensin Odinstårnet 1935-ci ildə tikiləndən sonra, Avropanın ən hündür qüllələrindən biri oldu, lakin İkinci Dünya Müharibəsi zamanı nasistlər tərəfindən dağıdıldı. Cənubi Danimarka Universiteti 1966-cı ildə burada yaradılmışdır.

Odens adı "Odinin ziyarətgahı" mənasını verən Odins və Vé sözlərindən götürülmüşdür, çünki çağında ərazi Nordların tanrısı Odinin ibadətgahı idi.

Photographies by:
Statistics: Position
7114
Statistics: Rank
9189

Add new comment

CAPTCHA
Security
286539174Click/tap this sequence: 9472
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Odens ?

Booking.com
539.543 visits in total, 9.234 Points of interest, 405 Destinations, 30 visits today.