Osmanlı İmparatorluğu ( Osmanlı imperiyası )


Osmanlı dövləti, Osmanlı imperiyası (osm. دولت عالیه عثمانیه Devlet-i Aliyye-i Osmâniyye, türk. Osmanlı Devleti, Osmanlı İmparatorluğu) — oğuz türklərindən olan Osman bəyin qurduğu Osmanlı sülaləsinin hakimiyyəti altında 1302(1299)–1922-ci illərdə fəaliyyət göstərmiş çoxmillətli sünni müsəlman dövlət.

Əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində I Osman tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə Bizans İmperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyasının ərazisi cənub-şərqi Avropaya, Yaxın şərqə və Afrikanın şimalına qədər yayılmışdır.

Destinations