Osmanlı mimarisi ( Osmanlı memarlığı )

Osmanlı memarlığı — Osmanlı Dövlətinin bəylik olaraq qurulub, imperatorluq olaraq yayıldığı və hökm sürdüyü dövrlərdə ucaltdığı və ya irəli sürülən memarlıq üslubları və əsərlərini əhatə edir. Osmanlı memarlığı özündən əvvəl gələn Erkən dövr Anadolu memarlığı, Səlcuq memarlığı, Bizans memarlığı, İran memarlığı və Məmlük memarlığından təsirlənmişdir. Osmanlı memarlığının, Aralıq dənizi regionu ilə Orta Şərq memarığı ənənələrinin sintezi olduğunu düşünən memarlıq tənqidçiləri də vardır.

Hər nə qədər fərqli dövrlərdəki ehtiyaca və texnologiyaya görə fərqli quruluş növləri inşa edildisə də, ümumiyyətlə Osmanlının hakim olduğu bölgələrdə məscidlər və ətrafında strukturların inşa edilməsi sıxlıqla rast gəlinən bir hal idi. Məscidlər, ətraflarına edilən ictimai strukturlarla birlikdə bir kompleks təşkil edirdilər.

Destinations