Parícutin (və ya Volcán de Parícutin, həmçinin Paricutín ) Meksikanın Michoacan əyalətində, Uruapan şəhəri yaxınlığında və Mexiko şəhərindən qərbdə təxminən 322 kilometr (200 mil) məsafədə yerləşən şlak konuslu vulkandır . Vulkan 1943-cü ildə yerli fermer Dionisio Pulidonun qarğıdalı tarlasında qəfil ucaldı və tez bir zamanda formalaşması həm ictimaiyyətin, həm də elmi dairələrin diqqətini özünə cəlb etdi.

Paricutín müasir elm üçün ilk dəfə olaraq bu tip püskürmələrin tam həyat dövrünü müşahidə və qeyd etmək üçün gözəl fürsət təqdim etdi. Vulkanın doqquz illik aktiv fəaliyyəti ərzində alimlər onun eskizini və xəritəsini çəkib, minlərlə nümunə toplayıb və fotoşəkillərini çəkiblər. 1952-ci ilə qədər püskürmə nəticəsində 424 metrlik konus və 233 kv. metkilor (90 kv. mil) daş, vulkanik kül və lavanın ətrafa atılması ilə yaranmışdır. Vulkanın bu geoloji fəaliyyəti nəticəsində üç nəfər həlak olub, iki şəhər tamamilə boşaldılıb və həmin ərazilər lava altında qal...Read more

Parícutin (və ya Volcán de Parícutin, həmçinin Paricutín ) Meksikanın Michoacan əyalətində, Uruapan şəhəri yaxınlığında və Mexiko şəhərindən qərbdə təxminən 322 kilometr (200 mil) məsafədə yerləşən şlak konuslu vulkandır . Vulkan 1943-cü ildə yerli fermer Dionisio Pulidonun qarğıdalı tarlasında qəfil ucaldı və tez bir zamanda formalaşması həm ictimaiyyətin, həm də elmi dairələrin diqqətini özünə cəlb etdi.

Paricutín müasir elm üçün ilk dəfə olaraq bu tip püskürmələrin tam həyat dövrünü müşahidə və qeyd etmək üçün gözəl fürsət təqdim etdi. Vulkanın doqquz illik aktiv fəaliyyəti ərzində alimlər onun eskizini və xəritəsini çəkib, minlərlə nümunə toplayıb və fotoşəkillərini çəkiblər. 1952-ci ilə qədər püskürmə nəticəsində 424 metrlik konus və 233 kv. metkilor (90 kv. mil) daş, vulkanik kül və lavanın ətrafa atılması ilə yaranmışdır. Vulkanın bu geoloji fəaliyyəti nəticəsində üç nəfər həlak olub, iki şəhər tamamilə boşaldılıb və həmin ərazilər lava altında qalmışdır. Daha üç nəfər isə güclü təsirələrə məruz qalmışdır. Yüzlərlə insan yaşadığı ərazidən daimi olaraq köçməli oldu və onların yerləşdirilməsini təmin etmək üçün iki yeni şəhər salınmalı oldu. Böyük ölçüdə bölgə vulkanik olaraq hələ də yüksək aktiv qalmasına baxmayaraq, Parícutin özü indi vulkanik cəhətdən hərəkətsiz vəziyyətdədir və insanlar vulkana dırmaşaraq və San Juan Parangaricutiro kilsəsinin bərkimiş lava ilə örtülmüş xarabalıqlarını izləyə bilirlər.

1997-ci ildə CNN televiziyası Parícutin vulkanını Dünyanın Yeddi Təbiət Möcüzəsindən biri olaraq adlandırdı. Həmin il çəkilən fəlakət filmi olan "Vulkan" filminin qurğusal hadisələri üçün istinad kimi istifadə olunub.

Photographies by:
Karla Yannín Alcázar Quintero (photographer) - CC BY 2.0
Statistics: Position
7743
Statistics: Rank
6126

Add new comment

CAPTCHA
Security
326815794Click/tap this sequence: 8839
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Videos

Where can you sleep near Parícutin ?

Booking.com
539.555 visits in total, 9.234 Points of interest, 405 Destinations, 42 visits today.