Zlatá ulička

( Qızıl küçə )

Qızıl küçə və ya Zlata uliçka (çex. Zlatá ulička - rəsmi adı Daliborkadakı Qızıl küçə çex. Zlatá ulička u Daliborky) — Praqa qəsrinin ərazisində, şimal qala divarlarının və köhnə burqqraf binasının arasında yerləşir. XVI əsrin sonunda inşa olunmuş kiçik yaşayış evlərində sadə vətəndaşlar düz İkinci dünya müharibəsinə kimi yaşayırdı. Bu mənzərəli küçə gözəl rəngli fasadları, alçaq və rəngarəng damları və demək olar ki, oyuncaqlara bənzəyən pəncərə və qapıları olan kiçik səliqəli evlərdən ibarətdir. Bu küçə olduqca dardır, onun uzunluğu 200 metrdir. Küçə XVI əsrin ikinci yarısında yaranmışdır. O vaxtlar bu yerlərdə şəhər ox atanları, zərgərlər və sadə qulluqçular məskunlaşmağa başlamışdı. Hazırda isə burada dəbli mağazalar yerləşir və bura baş çəkən ziyarətçilərə çox yaddaqalan əşyalar, hədiyyələr, zərgərlik məmulatları və ya mükəmməl kitabları təklif edir.

Adları Qızıl küçə ilə bağlı olan məşhurlar
 
Yazıçı Frans Kafka bir müddət Qızıl küçədə yaşamışdı.
 
Astrologiya və kimyagərliyə maraq göstərən imperator II Rudolf küçənin yaradılmasına rəsmi icazəsini vermişdi.

Keçmişdə, bu küçə Zlatnitska (çex. Zlatnická) adlanırdı - çex dilindən bu söz "zərgərlik" kimi tərcümə olunur. Köhnə rəvayətlərə görə, küçənin bu cür adlandırılması məhz kimyagərlər ilə əlaqəli idi. İmperator II Rudolf kimyagərlik və astrologiya elmlərinin dəstəkçisi olduğundan, Praqada yaşayan bütün kimyagərlər "saray alimləri" rütbəsinə yüksəlmişdilər. Hesab olunurdu ki, həmin kimyagərlər adi metalı təmiz qızıla çevirmək üçün hər bir yola əl atırdılar. Çox maraqlı bir fakt da odur ki, əslində bu kimyagərlər heç bir zaman bu küçədə yaşamayıblar.

1597-ci ildə şəhər oxçuları qala divarlarının təmir edilmiş daş tağlarını doldurmaq və bu yolla formalaşmış taxçaların yalnız dərinliyində kiçik evləri inşa edərək burada məskunlaşmaq istədiyini imperator II Rudolfa bildirirlər. O dövrün salnamələrində, 16 sentyabr 1597-ci ildə imperatorun oxçuların bu xahişinə müsbət yanaşdığını və onlara icazə verdiyi barədə məlumatlar verilmuşdi. Bununla belə, Qırmızı oxçular (bu ad onların kostümlarının rəngi ilə bağlı idi) bu icazəni imperatordan qətiliklə və tam şəkildə almamışdılar. Bütün binaları onlar tək özləri, qənaət edib yığılmış pullarla inşa etmişdilər. Sonradan bu evlərin alqı və satqısı yalnız oxçu icması daxilində həyata keçirilməyə başlamış və yalnız bir müddət sonra bu prosesə oxçu peşəsinə aidiyyatı olmayan insanlar da daxil edilmişdi. Əvvəlcə onların arasına Qəsrin müxtəlif işçiləri, məsələn gözətçilər, zəng çalanlar, saatsazlar və s. daxil idi. Tezliklə küçədə yerləşən evlər hər cür əlavə tikililərlə böyüməyə başlayır. Bunun nəticəsində o qədər böyük sıxlıq yaranır ki, küçənin eni heç bir metrə çatmır[1].

XVIII və XIX əsrlərdə Zlatnitska alimlər üçün yox, əskinə - cəmiyyətin aşağı təbəqələrinin üzvləri olan Praqa yoxsulları üçün sığınacaq kimi xidmət göstərmişdi.

1864-cü ildə həyata keçirilən yenidənqurma işlərindən sonra bütün bu əlavə tikililər, tövlələr və taxta anbarlar dağıdılmışdı. Burada yalnız şimal qala divarları boyunca uzanan evlərin qorunub saxlanılması barədə qərar alınmışdı. İkinci Dünya müharibəsinə qədər küçədəki bütün evlərin sahibləri var idi. Həmçinin 1-ci Respublika dövründə aparılan yenidənqurma işləri zamanı bərpaçılar Praqanın ən mənzərəli küçəsinin ümumi görünüşünü və koloritini qoruyub saxlamağa diqqət göstərirdilər.

Xoş atmosfer hissini yaradan gözəl memarlıq, Qızıl küçəsində xəyal pərisini axtaran rəssam, şair və bir sıra yazıçıların sığınacaq yerinə çevrilmişdi. Misal üçün 22 nömrəli evdə, 1916-cı ilin noyabr ayından - 1917-ci ilin mart ayına qədər yazıçı Frans Kafka yaşamış və məhz burada o "Kəndli həkim" toplusuna daxil olan hekayələrinin bir çoxunu yazmışdı. Qonşu evdə isə, tez-tez Frantişek Qalas, şair Yaroslav Zayfert və yazıçı-jurnalist Vitezslav Nezval görüşürdülər.

İkinci Dünya müharibəsindən sonra Çexoslovakiya Respublikası Prezidentinin dəftərxanası kiçik evləri sonuncu sahiblərdən satın alır və memar Pavel Yanakın rəhbərliyi altında bütün küçə 1955-ci ildə restavrasiya edilmişdir. Fasadların rəngli tərtibatını rəssam və ssenarist Yirji Trnka təklif etmişdir.

Qızıl küçənin gündüz görünüşü 
Qızıl küçənin gündüz görünüşü
Küçədəki bir evin interyeri 
Küçədəki bir evin interyeri
Ev № 19 
Ev № 19
Qızıl küçənin gecə görünüşü 
Qızıl küçənin gecə görünüşü
"Novinky.cz, Zlatá ulička v Praze se po rekonstrukci znovu otevřela, 1. červen 2011". 2016-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-27.
Photographies by:
Statistics: Position
7552
Statistics: Rank
7147

Add new comment

CAPTCHA
Security
869437251Click/tap this sequence: 3172
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Qızıl küçə ?

Booking.com
539.555 visits in total, 9.234 Points of interest, 405 Destinations, 42 visits today.