Süleyman dağı


Süleyman dağı (qırğ. Сулайман-Тоо, Sulaiman-Too, Süleyman Qayası və ya Süleyman Taxtı olaraq da bilinir) ― tamamilə Qırğızıstanda yerləşən yeganə Ümumdünya irsi obyekti. Dağ Oş şəhərində yerləşir və bir vaxtlar müsəlmanların və islama qədərki zəvvarların əsas ziyarət yeri olmuşdur. Qaya Fərqanə vadisinin ətrafındakı düzənliklərdən qalxır və möhtəşəm mənzərəsi ilə birlikdə yerli sakinlər və qonaqlar arasında məşhur bir yerldir.

Bəzi tədqiqatçı və tarixçilər Süleyman dağının Ptolemeyin Coğrafiya əsərində yazdığı “Daş qalası” olduğunu iddia edir. Bura Avropa və Asiya arasındakı karvanların keçdiyi quru ticarət yolu olan qədim İpək yolunun orta nöqtəsini qeyd edirdi.[1]

Süleyman Quranda adı çəkilmiş peyğəmbərdir və dağda onun qəbri olduğu idda edilən ziyarətgah var. Dağdakı ağaclar və kollar ibadət məqsədi ilə taxılmış çoxsaylı kiçik parçalarla örtülmüşdür.

Dağ 16-cı əsrə qədər Bara-Kukh adlandırılmış,[2] 20-ci əsrdə isə adı Taxtı-Süleyman ( "Süleymanın taxtı") olaraq dəyişdirilmişdir.

1978-ci ildə dağın yamacında restoran kimim fəaliyyət göstərəcək modernizm üslublu bina tikildi. Layihəyə görə mağaralarda düzənliyə baxan masalar olmalı idi. Daha sonralar bu bina tarixi-etnoqrafik muzeyə çevrildi.[3]

2010-cu ildə dağın ətəyində Oş küçələrində baş verən qiyamlardan təsirlənən əhali üçün "müvəqqəti evlər" tikilməyə başlandı ki, bu da tarixçilər və kulturoloqlar arasında müəyyən qorxu yaratmışdır.

29 iyun 2009-cu ildə Qırğızıstandakı Süleyman-Too şəhəri UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edildi. 1 iyun 2011-ci ildə UNECKO-nun Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandakı nümayəndəsi, UNESCO-nun klaster bürosunun direktoru Serqey Lazarev Qırğızıstan Respublikasının Prezidenti Roza Otunbayevaya müqəddəs Süeyman dağının da əraziyə daxil edilməsi barədə sertifikat təqdim etdi.

Dean, Riaz. "The Location of Ptolemy's Stone Tower: The Case for Sulaiman-Too in Osh" (PDF). The Silk Road. 2015. 2021-07-09 tarixində arxivləşdirilib (PDF). Бабур-наме Arxivləşdirilib 2018-01-27 at the Wayback Machine, с.14 "Советский модернизм — кошмар или шедевр?". ЦБС ВАО. 2021-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-26.
Photographies by:
Statistics: Position
3978
Statistics: Rank
28294

Add new comment

CAPTCHA
Security
821947653Click/tap this sequence: 7853
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Süleyman dağı ?

Booking.com
491.190 visits in total, 9.211 Points of interest, 405 Destinations, 34 visits today.