Tatev Monastery

( Tatev monastırı )

Tatev monastırı (erm. Տաթևի վանք Tat'evi vank' ) – Ermənistan Respublikasının Sünik mərzi ərazisində, Tatev kəndi yaxınlığındakı böyük bazalt qayanın üzərində inşa olunmuş IX əsr monastırıdır. Müasir dövrdə Tatev sözü əsasən monastırla əlaqəli olaraq işlədilir. Monastır kompleksi əsrlərdir ki, Oxçu çayının (Vorotan çayı) sahilində ucalmaqdadır. Sünik kilsəsinin mərkəzi olan Tatev bölgənin tarixində mühüm rol oynamışdır.

XIV-XV əsrlərdə Tatev monastırı orta əsrlərin ən mühüm erməni universitetlərindən biri olan Tatev Universitetinə ev sahibliyi etmiş, burada elm, din, fəlsəfə tədris edilmiş, kitabların üzü köçürülmüş və miniatürçü rəssamlar çalışmışdır. Erməni tarixinin ən çətin dövrlərində (ermənilərin yaşadığı ərazilər türk sülalələrinin qurğunu dövlətlərin hakimiyyəti altında olduğu orta əsrlərdə) Tatev Universitetinin alimləri erməni mədəniyyətinin qorunub saxlanmasında mühüm rol oynamışlar.

Müasir dövrdə monastır Sünikin...Read more

Müasir dövrdə monastır Sünikin əsas turistik obyektidir. 2010-cu ildə Tatevi Halidzor kəndi ilə birləşdirən “Tatev qanadları” adlı kanat yolu çəkilmişdir. Bu kanat dünyanın “ən uzun dayanıqsız ikiqat kanat yolu” kimi Ginnesin Rekordlar Kitabına daxil edilmişdir.

Photographies by:
Alexander Naumov - CC BY 3.0
Statistics: Position
2260
Statistics: Rank
56155

Add new comment

CAPTCHA
Security
148359276Click/tap this sequence: 1967
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Tatev monastırı ?

Booking.com
491.301 visits in total, 9.211 Points of interest, 405 Destinations, 145 visits today.