Wolfgang Amadeus Mozart ( Volfqanq Amadey Motsart )

Volfqanq Amadey Motsart (alm. Wolfgang Amadeus Mozart‎; 27 yanvar 1756[…], Zalsburq, Zalsburq arxiyepiskopluğu[d], Müqəddəs Roma imperiyası[…]5 dekabr 1791[…], Vyana, Avstriya hersoqluğu, Müqəddəs Roma imperiyası[…]) — dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri.

Motsart bəstəkarlıqla yanaşı, eyni zamanda mahir skripkaçı, orqan ifaçısı və dirijor da olmuşdur. Müəllifin dediyinə görə dahi bəstəkar qeyri-adi musiqi duyumu, eşitdiyi musiqiləri yadda saxlama və improvizə etmə kimi fenomenal qabiliyyətlərə malik olmuşdur.

Yaratdığı 600-dən çox əsəri simfonik, konsert, kamera, piano, xor kimi klassik musiqi janrlarının ən yüksək zirvələrində qərarlaşıb. Onun əsərləri dünyanın ən nüfuzlu orkestrlərinin konsert repertuarlarının ayrılmaz parçasını təşkil edir.

Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Destinations