برج‌های خرقان

( Xərrəqan türbələri )

Xərrəqan türbələri – Güney Azərbaycanda, Qəzvin və Həmədan şəhərləri arasında yerləşən Xərrəqan yaşayış məskənində, bir-birindən 29 metr aralı yerləşən Böyük Səlcuq İmperiyası dövrünə aid iki türbə. Xərrəqan türbələri Azərbaycan memarlığının ən dəyərli nümunələrindən olmaqla, divar və üzlük materialı kərpic olan tikililərin ən yaxşı örnəklərindən sayılır.

Türbələr "Qoşa imam hasarı" adlı yaşayış yerindən iki kilometr aralıdadır. Mütəxəssislər qeyd edirlər ki, Səfəvilər dövründə bu türbələr imamzdələrə çevrildiyindən "Qoşa imam" adı yaranmış və yaxınlıqdakı kənd də belə adlandırılmışdır. Türbələr isə indi də yerli əhali (Azərbaycan türkləri) tərəfindən Qoşa İmam Türbələri adlandırılırlar.

Türbələrdən Şərqdə olan ən qədimi Sultan Alp Arslanın (1063–1072) hakimiyyəti zamanı hicri 450-ci ildə (miladi 1067) Əbu Səid Bicar Səəd adlı bir türkmən bəyinin xatirəsinə inşa edilmişdir. Türbənin kitabələrindən birində tikilmə tarixindən sonra "Məhəmməd Məkər oğlu Zənc...Read more

Xərrəqan türbələri – Güney Azərbaycanda, Qəzvin və Həmədan şəhərləri arasında yerləşən Xərrəqan yaşayış məskənində, bir-birindən 29 metr aralı yerləşən Böyük Səlcuq İmperiyası dövrünə aid iki türbə. Xərrəqan türbələri Azərbaycan memarlığının ən dəyərli nümunələrindən olmaqla, divar və üzlük materialı kərpic olan tikililərin ən yaxşı örnəklərindən sayılır.

Türbələr "Qoşa imam hasarı" adlı yaşayış yerindən iki kilometr aralıdadır. Mütəxəssislər qeyd edirlər ki, Səfəvilər dövründə bu türbələr imamzdələrə çevrildiyindən "Qoşa imam" adı yaranmış və yaxınlıqdakı kənd də belə adlandırılmışdır. Türbələr isə indi də yerli əhali (Azərbaycan türkləri) tərəfindən Qoşa İmam Türbələri adlandırılırlar.

Türbələrdən Şərqdə olan ən qədimi Sultan Alp Arslanın (1063–1072) hakimiyyəti zamanı hicri 450-ci ildə (miladi 1067) Əbu Səid Bicar Səəd adlı bir türkmən bəyinin xatirəsinə inşa edilmişdir. Türbənin kitabələrindən birində tikilmə tarixindən sonra "Məhəmməd Məkər oğlu Zəncaninin əməli" məlumatı yazılmışdır.

Photographies by:
AlChtzn - CC BY-SA 4.0
Zereshk at English Wikipedia - Public domain
Zones
Statistics: Position
5935
Statistics: Rank
14294

Add new comment

CAPTCHA
Security
169758243Click/tap this sequence: 9482
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Xərrəqan türbələri ?

Booking.com
493.000 visits in total, 9.215 Points of interest, 405 Destinations, 76 visits today.