İsveçrə

Cristo Vlahos - CC BY-SA 3.0 NielsB at Dutch Wikipedia - CC BY-SA 3.0 MHM55 - CC BY-SA 3.0 FkMohr, Fotografin Supakon Mohr - CC BY-SA 3.0 de Kecko - CC BY 2.0 Patrick Nouhailler - CC BY-SA 2.0 Kecko - CC BY 2.0 Eleazar - CC BY-SA 2.0 Rozefiz - CC BY-SA 4.0 Original: Valenic; derivative work: Zacharie Grossen - CC BY-SA 4.0 Giramondo1 from Vila Isabel, Brasil - CC BY 2.0 Plattens - CC BY-SA 3.0 Lorenz Poffet - CC BY-SA 4.0 Leiju - CC BY-SA 3.0 Julius Silver - CC BY-SA 4.0 NielsB at Dutch Wikipedia - CC BY-SA 3.0 User:Nauticashades - CC BY-SA 3.0 dconvertini - CC BY-SA 2.0 Capricorn4049 - CC BY-SA 4.0 Daniel Reust - CC BY-SA 4.0 Kraftwerke Oberhasli AG - CC BY-SA 3.0 de Julian Peter - CC BY 2.0 Plattens - CC BY-SA 3.0 Unknown authorUnknown author - Public domain Paradise Chronicle - CC BY-SA 4.0 Caumasee - CC BY-SA 3.0 NielsB at Dutch Wikipedia - CC BY-SA 3.0 FkMohr, Fotografin Supakon Mohr - CC BY-SA 3.0 de Günter Seggebäing, Coesfeld - CC BY-SA 3.0 RhodesHilary - CC BY-SA 4.0 Roland Zumbühl - CC BY-SA 3.0 Lorenz Poffet - CC BY-SA 4.0 - Public domain Petergenner - CC BY-SA 4.0 chris Albrecht - CC BY 2.0 Kecko - CC BY 2.0 NielsB at Dutch Wikipedia - CC BY-SA 3.0 Bernard Vogel - CC BY-SA 4.0 – Wladyslaw [Disk.] - CC BY-SA 3.0 de NielsB at Dutch Wikipedia - CC BY-SA 3.0 dconvertini - CC BY-SA 2.0 Edwin Lee - CC BY 2.0 dconvertini - CC BY-SA 2.0 BenHur - CC BY-SA 3.0 Kecko - CC BY 2.0 Eric Hill - CC BY-SA 2.0 Maude Rion - CC BY-SA 4.0 NielsB at Dutch Wikipedia - CC BY-SA 3.0 Kecko - CC BY 2.0 Dbu - CC BY 2.5 - Public domain Plattens - CC BY-SA 3.0 FkMohr, Fotografin Supakon Mohr - CC BY-SA 3.0 de Adrien Kunysz - CC BY-SA 4.0 RhodesHilary - CC BY-SA 4.0 Ikiwaner - CC BY-SA 3.0 - Public domain Roland Zumbühl - CC BY-SA 3.0 dconvertini - CC BY-SA 2.0 Clare66 - CC BY-SA 3.0 Nikolai Karaneschev - CC BY 3.0 Nikolai Karaneschev - CC BY 3.0 Poschi - CC BY-SA 3.0 Aleardo - CC BY-SA 3.0 Champer - CC BY-SA 3.0 Alps - Public domain FkMohr, Fotografin Supakon Mohr - CC BY-SA 3.0 de Coolcaesar - CC BY-SA 3.0 No images

Context of İsveçrə

İsveçrə (alm. Schweiz‎, fr. Suisse, it. Svizzera, romanş Svizra) və ya rəsmi adı ilə İsveçrə Konfederasiyası (alm. Schweizerische Eidgenossenschaft‎, fr. Confédération suisse, it. Confederazione Svizzera, romanş Confederaziun svizra) – Qərbi Avropada yerləşən suveren dövlət. 26 kantondan ibarətdir. Federal hökumətlərin hər biri ölkənin faktiki paytaxtı hesab olunan Bern şəhərində yerləşir. Qərbi, mərkəzi və cənubi Avropada yerləşən bu federal respublika cənubdan İtaliya, qərbdən Fransa, şimaldan Almaniya, şərqdən isə Avstriya və Lixtenşteynlə həmsərhəddir. İsveçrə ümumi ərazisi 41,285 kvadrat kilometr təşkil edən, coğrafi cəhətdən Alp dağları, İsveçrə platosu və Yura dağları arasında yerləşən ölkədir. Alp dağları ölkənin böyük hissəsini əhatə edir. Əhalinin say...Read more

İsveçrə (alm. Schweiz‎, fr. Suisse, it. Svizzera, romanş Svizra) və ya rəsmi adı ilə İsveçrə Konfederasiyası (alm. Schweizerische Eidgenossenschaft‎, fr. Confédération suisse, it. Confederazione Svizzera, romanş Confederaziun svizra) – Qərbi Avropada yerləşən suveren dövlət. 26 kantondan ibarətdir. Federal hökumətlərin hər biri ölkənin faktiki paytaxtı hesab olunan Bern şəhərində yerləşir. Qərbi, mərkəzi və cənubi Avropada yerləşən bu federal respublika cənubdan İtaliya, qərbdən Fransa, şimaldan Almaniya, şərqdən isə Avstriya və Lixtenşteynlə həmsərhəddir. İsveçrə ümumi ərazisi 41,285 kvadrat kilometr təşkil edən, coğrafi cəhətdən Alp dağları, İsveçrə platosu və Yura dağları arasında yerləşən ölkədir. Alp dağları ölkənin böyük hissəsini əhatə edir. Əhalinin sayı təqribən 8 milyon nəfərə çatır ki, bunun da əksər hissəsi İsveçrə platosunda yaşayır. Ölkənin ən böyük şəhərləri hesab edilən Sürix və Cenevrə də həmin platoda yerləşmişdir.

Qədim İsveçrə Konfederasiyasının əsasının qoyulması orta əsrlər dövrünə təsadüf edir. Avstriya qraflığı və Burqundiya hersoqluğuna qarşı həyata keçirilən ardıcıl hərbi uğurlar nəticəsində həmin konfederasiyanın əsası qoyulmuşdur. 1648-ci ildə imzalanmış Vestfaliya sülhü nəticəsində İsveçrənin Müqəddəs Roma İmperiyasından ayrılaraq müstəqillik əldə etməsi formal olaraq tanınmışdır. İsveçrə Konfederasiyasının uzun bir silahlı tərəfsizlik tarixi vardır. Bu ölkə 1815-ci ildən bu yana heç bir müharibədə iştirak etməmiş və yalnızca 2002-ci ildə BMT-yə üzv olmuşdur. Buna baxmayaraq, İsveçrə hal-hazırda aktiv xarici siyasət yürüdür və tez-tez dünya miqyasında sülh yaratma missiyalarında iştirak edir. Bu ölkə eyni zamanda Qırmızı Xaçın yaradıldığı ölkədir və BMT-nin ikinci böyük mərkəzi olan Cenevrə ofisi də daxil olmaqla bir çox beynəlxalq təşkilata ev sahibliyi edir. Avropa səviyyəsində Avropa Sərbəst Ticarət Birliyinin qurucu üzvlərindəndir və Şengen zonasına daxildir. Buna baxmayaraq, Avropa İttifaqı, Avropa iqtisadi zonası və ya Avrozonanın tərkib hissəsi deyil.

İsveçrə dörd mühüm linqvistik və mədəni regiondan ibarətdir: alman, fransız, italyan və roman. Əhalinin əksər hissəsi alman dillidir. İsveçrə Konfederasiyasının qurulması tarixi ənənəvi olaraq 1 avqust 1291-ci il olaraq qəbul edilir və hər il bu tarix İsveçrə Milli Günü olaraq qeyd edilir.

İsveçrə dünyanın ən çox inkişaf etmiş ölkələrindən biri hesab olunur. Beynəlxalq Valyuta Fondunun məlumatlarına əsasən İsveçrə adambaşına düşən zənginlik səviyyəsinə görə ilk yerdə, adambaşına düşən ÜDM həcminə görə isə səkkizinci yerdədir.

More about İsveçrə

Basic information
  • Currency İsveçrə frankı
  • Calling code +41
  • Internet domain .ch
  • Mains voltage 230V/50Hz
  • Democracy index 8.83
Population, Area & Driving side
  • Population 8902308
  • Area 41285
  • Driving side right
History
  • Erkən dövr
    Gnome-searchtool.svg  Əsas məqalə: Qədim İsveçrə İttifaqı

    1291-ci ildə Uri, Şvis və Untervalden kantonlarının meydana gətirdiyi üç meşə kantonu nümayəndələri bir Federal Bəyannamə imzaladılar. Bəyannaməyə imza atan tərəflər, o zamanlar Müqəddəs Roma German İmperiyasında Avstriya Qraflıqını əlində tutan Habsburg xanədanının hökmünə qarşı çıxa bilmək üçün birləşməyi təklif edirdilər. 15 Noyabr 1315-ci ildə Morgarten Vuruşmasında Habsburg ordusunu məğlub oldu. İsveçrəlilər, Müqəddəs Roma German İmperiyası içində İsveçrə İmperiyasın Konfederasiyasının varlığını güvən altına aldılar.

    ...Read more
    Erkən dövr
    Gnome-searchtool.svg  Əsas məqalə: Qədim İsveçrə İttifaqı

    1291-ci ildə Uri, Şvis və Untervalden kantonlarının meydana gətirdiyi üç meşə kantonu nümayəndələri bir Federal Bəyannamə imzaladılar. Bəyannaməyə imza atan tərəflər, o zamanlar Müqəddəs Roma German İmperiyasında Avstriya Qraflıqını əlində tutan Habsburg xanədanının hökmünə qarşı çıxa bilmək üçün birləşməyi təklif edirdilər. 15 Noyabr 1315-ci ildə Morgarten Vuruşmasında Habsburg ordusunu məğlub oldu. İsveçrəlilər, Müqəddəs Roma German İmperiyası içində İsveçrə İmperiyasın Konfederasiyasının varlığını güvən altına aldılar.

    1353-ci ildə gəlindiyində ilk birləşən üç kantona əlavə olaraq Qlarus və Zug kantonlarıyla Lüzern, Sürix və Bern şəhər dövlətləri də birliyə qatılaraq XV əsrə qədər varlığını davam etdirən (Zürih bir torpaq anlaşılmazlığı səbəbiylə 1440-cı ildə konfederasiyadan atılmışdır) və səkkiz əyalətdən ibarət olan "Köhnə Federasiyası" qurdular.1470-ci ildə Bourgogne Qraflıqı I. Charlesə qarşı qazandıqları zəfərlər və İsveçrə pullu əsgərlərinin müvəffəqiyyətləriylə federasiyanın həm gücü həm də zənginliyi artdı. İsveçrə kantonları sıralaması edilərkən ənənəvi olaraq, şəhər dövlətlərini ardınca qurucu kantonlar ilk səkkiz "Köhnə Kanton" olaraq qabaqda deyilir, 1481-ci ildən sonra federasiyaya qatılan digər kantonlar tarix sırasına görə düzülər. Müqəddəs Roma German İmperatoru I. Maximiliana qarşı İsveçrəlilərin 1499-cu ildə qazandığı zəfər nəticəsində, İsveçrə, Müqəddəs Roma German İmperiyasından ayrılıb de facto müstəqilliyini qazanmışdır…

     
    Şərqdəki Graubünden kantonunda bir qış mənzərəsi

    1506-cı ildə II. Julius, indiki vaxtda hələ Vatikanı qoruyan İsveçrəli Gözətçiləri işə götürdü. Federasiyanın genişləməsi və ilk döyüşlərdə əldə edilən məğlub olmamaqla qazanılan məşhurluq. 1515-ci ildə Marignano Vuruşmasındakı İsveçrə uduzması ilə ilk dəfə dayandı. Bəzi kantonlarda Huldrych Zwinglinin İslahatının müvəffəqiyyətli olması 1529 və 1531 illərində kantonlararası döyüşlərin (Kappeler Kriege) çıxmasına səbəb oldu. Katolik və Protestant kantonlar arasında anlaşılmazlığın davam etməsi üzərinə 1656 və 1712 illərində Villmergen Vuruşmaları ilə qarşılıqlı şiddət davam etmişdir. 1648-ci ildə Westfalya Barış Anlaşması ilə Avropalı ölkələr İsveçrənin Müqəddəs Roma German İmperiyasından ayrılmasını və tərəfsizliyini tanıdı.

    1798-ci il fransız işğalı

    1798-ci ildə Fransız İnqilabı orduları İsveçrəni işğal edərək məcburi yeni bir konstitusiyanı tətbiq etdilər. Bu konstitusiya ilə ölkənin hökuməti mərkəziləşdirilir və kantonlar ortadan qaldırılırdı. Helvet Respublikası olaraq bilinən yeni dövlətin xalq arasında heç dəstəyi yox idi. Xarici işğal qüvvətləri tərəfindən məcburi qəbul etdirilən bu hökumət dini inanc azadlığı da daxil olmaq üzrə əsrlər tərəfindən sürən ənənələri yıxmışdı. Bu dövlət, İsveçrəni Fransanın bir peykindən başqa bir şey etməmişdi. Tez-tez ortaya çıxan qiyamlar, Fransız birliklərinin varlığı səbəbiylə müvəffəqiyyətə çata bilməmişdi. Sentyabr ayında Nidwalden üsyanının Fransızlar tərəfindən qanlı bir şəkildə yatırılması xalq tərəfindən pis qarşılanmışdır.

    Fransa ilə digər ölkələr arasında döyüş çıxdıqdan sonra İsveçrə, Avstriya və Rusiya kimi başqa qüvvətlər tərəfindən də işğal edilmişdi. İsveçrəlilər, mərkəzi hökuməti dəstəkləyən "Respublikaçılar" və kantonların avtonomluğunun təkrar verilməsini istəyən "Federalistler" arasında ikiyə bölünmüşdü. Napolyon Bonapart, hər iki tərəfin qabaqda gələn siyasətçilərini 1803-cü ildə Parisdə bir yerə gətirdi. Bu yığıncağın nəticəsində İsveçrənin avtonomluğunu böyük nisbətdə geri verən və 19. kantondan ibarət olan bir Konfederasiyası quran Vasitəçilik Qanunu çıxmışdır. 1815-ci ildə Viyana Konqresi ilə İsveçrənin müstəqilliyi və tərəfsizliyi bütün Avropa gücləri tərəfindən tanınmışdır. Bu tarixdə, Valais, Neuchatel və Cenevre kantonlarının federasiyaya qatılmasıyla birlikdə İsveçrə tarixdəki ən son genişləməyi reallaşdırmışdır.

    1848-ci il konstitusiyası

    1845-ci ildə katolik və protestant kantonlar arasında bir vətəndaş müharibəsi (Sonderbundskrieg) baş verdi. O zamanlar hökumətdə olan Radikal Partiyanın yaymağa çalışdığı daha unitar bir İsveçrə fikirindən xoşlanmayan katoliklər Sonderbund adını verdikləri xüsusi bir andlaşma ortaya çıxardılar. Radikalların da bu andlaşmağa qarşı çıxması üzərinə ortaya çıxan döyüş bir aydan az sürdü və təxminən yüz itki verildi. Kiçik qiyamları saymasaq bu vuruşma, İsveçrə torpaqlarında yaşanan son silahlı qarşıdurma idi.

    Vətəndaş müharibəsidən sonra İsveçrə referendum tətbiqinə keçdi və 1849-cu ildə federal konstitusiya qəbul edildi. Bu konstitusiya ilə mərkəzi nüfuz qurulur və kantonlar yerli mövzularda öz özlərini idarə edə bilirdilər. Əhali artımı, Sənaye İnqilabı və tək pul vahidi istifadə edilməsi səbəbiylə 1872-ci ildə bu konstitusiya əhəmiyyətli nisbətdə düzəldilmişdir. Bu konstitusiyayla müdafiə etmə, ticarət və qanuni mövzularda federal məsuliyyət də təşkil edilmişdi.

    Siyasət
    Locarno Madonna del Sasso.jpg 

    İki palatalı İsveçrə parlamenti Federal Məclis, Federal Şuradan ayrı olaraq təməl iqtidar mərkəzindən ibarətdir. Federal Məclisi meydana gətirən Əyalətlər Şurası və Milli Şura qanun çıxarmaq da daxil olmaq üzrə hər baxımdan bərabər gücə malikdir.

    1999-cu il konstitusiyasına görə, federasiyaya xüsusi olaraq nümayəndə edilməmiş bütün güclər kantonların əlindədir.

    Əyalətlər şurasının 46 üzvü (hər kantondan iki və yarım kantondan bir olmaq üzrə) bir başa hər kantonda seçilir. Milli Şuranın 200 üzvü isə nisbi təmsil əsaslarına söykənərək seçilər. Hər iki məclisə seçilənlərin vəzifə müddəti 4 ildir. Referendumlar yoluyla hər vətandaş federal hökumət tərəfindən qəbul edilmiş qanunların etibarlılığını sorğulaya bilər və federal konstitusiyaya düzəltmə edilməsini istəyə bilər. Bu haqqlar İsveçrəni doğrudan demokratiya tətbiq olunan bir ölkə olmasını göstərir.

    İcra etmə və dövlət başçılığı vəzifəsi yeddi üzvdən ibarət olan Federal Şurada toplanmışdır. Hər nə qədər konstitusiyaya görə Məclis Şura üzvlərini seçsə və nəzarət etsə də, qanunuma müddətini istiqamətləndirmə və federal qanunları tətbiq mövzusunda Federal Şura yavaş yavaş qabaqda gələn bir rola qovuşmuşdur. Xüsusi təmsil vəzifələrini icra etmək üzrə şurası meydana gətirən yeddi adam içindən bir adam bir illiyinə İsveçrə Konfederasiya Başçısı olaraq seçilər.

    1959-cu ildən dekabr 2003-cü ilə qədər Federal Şurada İsveçrənin dörd əhəmiyyətli siyasi partiyası, federal məclisdəki təmsil nisbətlərinə görə ibarət olan "sehrli düstura" görə təmsil edilmişdir: 2 üzv Xristian Demokratlardan (CVP/PDC), 2 üzv İctimai Demokratlardan (SPS/PSS), 2 üzv Liberal Demokratlardan (FDP/PRD), və 1 üzv də İsveçrə Xalq Partiyasından (SVP/UDC). Şuradakı bu ənənəvi üzv dağılımı hər hansı bir qanun ilə təyin olunmamışdır və 2003 seçkilərindən sonra Xristian Demokratlar ikinci kürsülərini, o il məclis seçkilərində ən güclü partiya olaraq çıxan İsveçrə Xalq Partiyasına tutmuşdur.

    Federal Yüksək Məhkəmənin vəzifəsi kanton məhkəmələrindən gələn şikayətlərə və federal rəhbərliyin administrativ qərarlara baxmaqdır. Yüksək Məhkəmə hakimləri, altı illik vəzifə müddəti üçün Federal Məclis tərəfindən seçilir.

    Read less

Where can you sleep near İsveçrə ?

Booking.com
487.370 visits in total, 9.187 Points of interest, 404 Destinations, 3 visits today.