Türkiye

Türkiyə
Ray Swi-hymn from Sijhih-Taipei, Taiwan - CC BY-SA 2.0 Benh LIEU SONG from Torcy, France - CC BY-SA 2.0 Klearchos Kapoutsis from Santorini, Greece - CC BY 2.0 Beytullah eles - CC BY-SA 4.0 Teomancimit - CC BY-SA 3.0 No machine-readable author provided. Jedyooo assumed (based on copyright claims). - CC BY-SA 2.5 Ben Bender - CC BY-SA 3.0 Ninara - CC BY 2.0 Edal Anton Lefterov - CC BY-SA 3.0 Heidi B - CC BY 2.5 Carole Raddato from FRANKFURT, Germany - CC BY-SA 2.0 Abdullah kıyga - CC BY 3.0 Benh LIEU SONG from Torcy, France - CC BY-SA 2.0 Teomancimit - CC BY-SA 3.0 Christine und Hagen Graf from Fitou, France - CC BY 2.0 Carole Raddato from FRANKFURT, Germany - CC BY-SA 2.0 patano - CC BY-SA 3.0 Ben Bender - CC BY-SA 3.0 patano - CC BY-SA 3.0 Ben Bender - CC BY-SA 3.0 Ray Swi-hymn from Sijhih-Taipei, Taiwan - CC BY-SA 2.0 Laima Gūtmane (simka… - CC BY-SA 3.0 No machine-readable author provided. Jedyooo assumed (based on copyright claims). - CC BY-SA 2.5 Klaus-Peter Simon - CC BY 3.0 Nazzarenoagostinelli - CC BY-SA 3.0 Carole Raddato from FRANKFURT, Germany - CC BY-SA 2.0 Volker Höhfeld - CC BY-SA 4.0 Klaus-Peter Simon - CC BY 3.0 patano - CC BY-SA 3.0 Ray Swi-hymn from Sijhih-Taipei, Taiwan - CC BY-SA 2.0 Hüseyin Öcal - CC BY 3.0 Benh LIEU SONG from Torcy, France - CC BY-SA 2.0 CeeGee - CC BY-SA 4.0 BerkeKayalarr - CC BY-SA 4.0 Teomancimit - CC BY-SA 3.0 Beñat Irasuegi - CC BY-SA 2.0 calflier001 - CC BY-SA 2.0 Nazzarenoagostinelli - CC BY-SA 3.0 Dmitry A. Mottl - CC BY-SA 4.0 SALTOnline from Istanbul, Turkey - No restrictions Heidi B - CC BY 2.5 Yusuf 1907Yapimi - CC BY-SA 3.0 No images

Context of Türkiyə

Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur.

Əhalinin təqribən 70–80%-i özünü etnik türk hesab edir. Əhalinin 20%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik...Read more

Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur.

Əhalinin təqribən 70–80%-i özünü etnik türk hesab edir. Əhalinin 20%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır. Digər etnik azlıqlara adıqlar, albanlar, ərəblər, boşnaklar və lazlar daxildir. Rəsmi dil türk dilidir. Türk dili ilə yanaşı kurmanc, bosniya, ərəb, zaza, kabardin-çərkəz və digər dillər də danışılır.

Müasir Türkiyə ərazisi paleolit dövründən etibarən müxtəlif xalqlar tərəfindən məskunlaşma mərkəzinə çevrilmişdir. Aysorlar, yunanlar, frigiyalılar, uratular bu ərazilərin ilk sakinləri hesab olunur. Makedoniyalı İsgəndər bu əraziləri ələ keçirdikdən sonra yunanlaşma prosesi başlamışdır. Bu proses sonralar Roma İmperiyası və Bizans İmperiyası dövründə də davam etmişdir. XI əsrdə Səlcuq türklərinin əraziyə miqrasiyası başlamışdır. 1071-ci ildə səlcuqluların Malazgird döyüşündə Bizansa qalib gəlməsi Türkiyə quruluşunun başlama tarixi kimi simvolizə edilir. Rum Sultanlığı 1243-cü ildə monqol işğallarına qədər Anadolunu idarə etmiş, həmin tarixdən sonra isə müxtəlif Anadolu bəyliklərinə parçalanmışdır. XIII əsrin sonlarından etibarən Osmanlı sülaləsi Anadoluda yerləşən kiçik bəylikləri özündən asılı vəziyyətə salmağa başlamış və nəticədə, sərhədləri Cənub-Şərqi Avropa, Qərbi Asiya və Şimali Afrikanın çox hissəsini əhatə edən böyük imperiyaya çevrilmişdir. Osmanlı İmperiyası Sultan Süleyman Qanuninin hakimiyyəti illərində ən qüdrətli dövrünü yaşamışdır. İki əsrdən çox müddət ərzində öz qüdrətini qorumasına baxmayaraq, XIX və XX əsrlərdə Avropada strateji əhəmiyyətli ərazilərin itirilməsi, dövlətin hərbi qüdrətinin zəifləməsinə gətirib çıxardı. 1913-cü ildə baş vermiş dövlət çevrilişindən sonra ölkənin idarə olunması "Üç Paşalar"ın əlinə keçdi. Birinci Dünya müharibəsi ərzində Osmanlı İmperiyası İttifaq dövlətlərinə qoşulmağa qərar verdi. Müharibənin başa çatmasından sonra məğlub olan Osmanlı İmperiyası süquta uğradı. İşğalçı qüvvələrə qarşı başlayan və Mustafa Kamal Atatürkün rəhbərliyi ilə davam edən Türkiyə İstiqlaliyyət müharibəsi 1922-ci ildə monarxiyanın ləğv edilməsi və 1923-cü ildə Türkiyə Respublikasının əsasının qoyulması ilə nəticələndi. Atatürk ölkənin ilk prezidenti təyin olundu. Atatürk ölkə başçısı seçildikdən qısa müddət sonra tarixə Atatürk islahatları adı altında daxil olan bir çox önəmli islahatlar həyata keçirildi.

Türkiyə BMT, NATO, BVF və Dünya Bankının üzvü, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, ATƏT, QDİƏT, İƏT və G-20 kimi təşkilatların qurucu üzvüdür. Türkiyə 1949-cu ildən Avropa Şurası, 1963-cü ildən Avropa İqtisadi Birliyi, 1995-ci ildən Avropa İttifaqı Gömrük Birliyinin üzvüdür. 2005-ci ildən etibarən ölkənin Avropa İttifaqına daxil olması ilə əlaqədar danışıqlar başlasa da, 2017-ci ildə bu danışıqlar dayandırılıb. Hal-hazırda Türkiyə böyüyən iqtisadiyyatı və diplomatik təşəbbüsləri sayəsində regional güc olaraq qəbul edilir.

More about Türkiyə

Basic information
  • Currency Türk lirəsi
  • Native name Türkiye
  • Calling code +90
  • Internet domain .tr
  • Mains voltage 230V/50Hz
  • Democracy index 4.35
Population, Area & Driving side
  • Population 85372377
  • Area 783562
  • Driving side right
History
  • Əsas məqalə: Türkiyə tarixi
    Eramızdan əvvəl və Şərqi Frakiya
    Əsas məqalələr: E.ə Kiçik Asiya və e.ə Karpat-Balkan bölgəsi
     
    Göbəklitəpədəki e.ə 12.000-ci ildə salınmış bəzi tikililər İngiltərədəki Stounhencdən 10 min il daha qədimdir.

    Bu gün, Türkiyə sərhədləri daxilində yerləşən Anadolu yarımadası, dünyanın ən qədim yaşayış məskənlərindən biri olmuşdur.[1] Müxtəlif Anadolu xalqları bu bölgədə mövcudluluqlarını neolit dövrünün başlanmasına və Böyük İsgəndərin fəthinə qədər qoruyub saxlamışdır.[2] Bu xalqların əksəriyyəti Hind-Avropa dil ailəsinin bir qolu sayılan Anadolu dillərində danışırdılar....Read more

    Əsas məqalə: Türkiyə tarixi
    Eramızdan əvvəl və Şərqi Frakiya
    Əsas məqalələr: E.ə Kiçik Asiya və e.ə Karpat-Balkan bölgəsi
     
    Göbəklitəpədəki e.ə 12.000-ci ildə salınmış bəzi tikililər İngiltərədəki Stounhencdən 10 min il daha qədimdir.

    Bu gün, Türkiyə sərhədləri daxilində yerləşən Anadolu yarımadası, dünyanın ən qədim yaşayış məskənlərindən biri olmuşdur.[1] Müxtəlif Anadolu xalqları bu bölgədə mövcudluluqlarını neolit dövrünün başlanmasına və Böyük İsgəndərin fəthinə qədər qoruyub saxlamışdır.[2] Bu xalqların əksəriyyəti Hind-Avropa dil ailəsinin bir qolu sayılan Anadolu dillərində danışırdılar. Bəzi elm adamları Hind-Avropa dillərinin qədim Anadolu dilləri olan xet və luvidən yarandığı fikrini də irəli sürmüşdür. Frakiyalılar, qırx min il əvvəl, e.ə 6000-ci illərdə neolit dövründə bu bölgədə ilk dəfə maldarlıq və əkinçilik ilə məşğul olan xalq olmuşdur.[3]

     
    Xet İmperiyasının paytaxtı Xattusadakı Aslan Qapısı. Şəhərin tarixi e.ə VI minillikdən başlayır.

    Eramızdan əvvəl 10.000-ci ilə aid Göbəklitəpə, ölkənin ən qədim dini abidəsinin yerləşdiyi ərazidir.[4] Tarixinin e.ə 7500 və ya e.ə 5700-cü ilə təsadüf etdiyi Mərkəzi Anadoluda yerləşən Çatalhöyük isə neolit və eneolit dövrünə aid ən böyük məskunlaşma mərkəzidir. Bu tarixi ərazi 2012-ci ilin iyul ayında, neolit dövrünə aid ən yaxşı qorunub saxlanılan məskunlaşma mərkəzi olaraq UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmişdir.[5] Qədim Troya şəhəri, neolit dövründə salınmış və dəmir dövrünə qədər əsas məskunlaşma mərkəzi olaraq qalmışdır.[6] Tarixə məlum olan ilk Anadolu sakinləri xatt və hürri tayfaları olmuşdur. Hind-Avropa xalqlarından olmayan bu iki tayfa təxminən e.ə. 2300-cü ildə Mərkəzi və Şərqi Anadoluda məskunlaşmışdır. Hind-Avropa xalqlarından biri olan xetlər isə e.ə 2000–1700-cü illərdə Mərkəzi Asiyaya köç edərək xatt və hürrilərin yerini almışdır.[7] Xetlər bölgədə ilk böyük səltənəti e.ə XIII əsrdə qurmuşdur. Aysorlar e.ə 1950—e.ə 612-ci illərə qədər müasir Türkiyə ərazisinin cənub-şərqindəki əraziləri fəth etmiş və burada məskunlaşmışlar. Bununla yanaşı, Aysor yazıları Urartuluların e.ə IX əsrdə Aysorlar ilə münaqişəli münasibətlərinin olduğunu sübut etmişdir.[8]

    E.ə təxminən 1180-ci ildə Xet İmperiyasının süqutundan sonra Hind-Avropa xalqları tərəfindən qurulmuş Frigiya, e.ə VII əsrdə Kimmerlərin hücumlarına qədər Anadoluda hökmranlıq etmişdir.[9] E.ə 714—e.ə 590 illəri arasında bu bölgədə Urartulular da məskunlaşmış, lakin daha sonradan parçalanaraq məhv olmuşlar. Frigiyadan sonra Lidiya, Kariya və Likiya dövlətləri bu bölgədə hökmranlığı ələ keçirmişdir.[10]

    Qədim dövrlər və Bizans İmperiyası
    Əsas məqalələr: Bizans İmperiyası və Konstantinopol
     
    Efesdəki Kelsus Kitabxanası Romalılar tərəfindən 114–117-ci illərdə inşa edilmişdir. E.ə. VI əsrdə Lidiya kralı Krez tərəfindən inşa edilən Efes şəhərindəki Artemida məbədi, Qədim Dünyanın Yeddi Möcüzəsindən biridir.

    Eyollar, ioniyalılar və qədim yunanlar 1200-cü illərdən başlayaraq Anadolu sahillərində məskunlaşmağa başlamışdır. Həmçinin bu dövrdə Milet, Efes, Smirna və Bizantion kimi bir çox vacib şəhərlər salınmışdır.[11] Nəhayət bu şəhərlərdən ən böyüyü olan Meqara, e.ə 657-ci ildə yunan kolonistləri tərəfindən salınmışdır. Həmçinin, Türkiyə, torpaqlarının müasir sərhədlərini ilk dəfə e.ə VI əsrdə, Ortonid satraplığının hökmranlığı dövründə əldə etmişdir.[12][13]

    E.ə. VI—V əsrlərdə, Anadolu torpaqları fars Əhəmənilər dövlətinin hakimiyyəti altında qalmış və bu hökmranlıq e.ə 334-cü il Böyük İskəndərin fəthinə qədər davam etmişdir.[14] İskəndərin dövründə mədəni qaynaşma və səfərbərlik hərəkatı başlamışdır. E.ə 323-cü ildə İsgəndərin ölümündən sonra Mərkəzi Asiya kiçik ellinist krallıqlara bölündü. Bütün bu krallıqlar e.ə I əsrin ortalarında Roma Respublikasının bir hissəsinə çevrildi.[15] İskəndərin fəthi ilə başlayan Yunanıstan hərəkatı Roma dövründə daha da sürətləndi və əvvəlki əsrlərdə mövcud olan Anadolu dilləri və xalq mədəniyyətləri, sürətlə yunan dili və yunan mədəniyyəti ilə dəyişildi.[16][17] 324-cü ildə Roma İmperatoru I Konstantin imperiyanın paytaxtını Bizantiona köçürdü və şəhərin adını Nova Roma olaraq dəyişdirdi.[18] 395-ci ildə I Feodosinin ölümündən sonra Roma İmperiyası ikiyə bölündü. Xalq arasında adı Konstantinopol kimi yayılan şəhər Şərqi Roma İmperiyasının paytaxtı oldu. Bizans İmperiyasının böyük bir hissəsi sonrakı illərdə Şərqi Roma İmperiyası olaraq tanındı və müasir Türkiyənin bir çox bölgələrində orta əsrlərin sonlarına qədər mövcudluğunu davam etdirə bildi.[19][20]

    Səlcuqlu və Osmanlı İmperiyası
    Əsas məqalələr: Səlcuqlular və Osmanlı İmperiyası
     
    V Mehmed Rəşad və II Vilhelm, 1917-ci ildə Konstantinopolda.

    IX əsrdə Səlcuqlular sülaləsinin Qınıq boyundan olan Oğuz türkləri İslam dinini qəbul etdikdən sonra müsəlmanların geniş yayıldığı ərazilərdə — Xəzər dənizi və Aral gölünün şimalında məskunlaşmağa başladılar.[21] X əsrdə Səlcuqlular, əcdadlarının vətənləri olan Orta Asiya bölgəsindən qərbə, fars torpaqlarına köç etməyə başladılar və Böyük Səlcuq İmperiyasını qurdular. XI əsrin ikinci yarısında Səlcuqlular Anadolunun şərq bölgələrinə yürüyüş etməyə başladılar. 1071-ci ildə Sultan Alp Arslanın dövründə Səlcuqlu türkləri və Bizans arasında baş tutmuş Malazgird döyüşünün Səlcuqlu zəfəri ilə nəticələnməsindən sonra Anadolu torpaqlarında türkləşdirmə hərəkatı başladı. Beləliklə, bölgədə geniş yayılmış xristianlıq və yunan dili, tədricən İslam dini və türk dilləri ilə əvəz olunmağa başladı.[22][23]

    1243-cü ildə Kösedağ döyüşündən sonra Səlcuqlu dövləti monqol qoşunlarına məğlub oldu və dövlət parçalandı. Səlcuqlu dövlətinin yerində kiçik türk knyazlıqları əmələ gəldi.[24] I Osmanın rəhbərlik etdiyi knyazlıq sonralar böyümüş, Anadolu, Balkan yarımadası, Şimali Afrika və Levantı əhatə edən Osmanlı İmperiyası qurulmuşdur. 1453-cü ildə II Mehmedin dövründə Bizans İmperiyasının paytaxtı Konstantinopol ələ keçirilmiş və Bizans süquta uğrayaraq tarixə qarışmışdır.[25][26]

     
     
    Osmanlı memarlığı əsasında tikilmiş Səlimiyyə və Şahzadə məscidi

    1514-cü ildə I Səlim Çaldıran döyüşündə Səfəvi hökmdarı Şah İsmayılı məğlub edərək imperiyanın sərhədlərini şərq istiqamətində daha da genişləndirmişdir.[27] 1517-ci ildə Misir və Əlcəzair ələ keçirilmişdir. Qırmızı dənizə qədər gedib çatan ordu, xilafətin Osmanlı tərəfinə keçməsi ilə birlikdə Məmlük dövlətini də süquta uğradaraq dövlət sərhədlərinə qatmağı bacarmışdır. Daha sonra Hind okeanında üstünlüyü ələ keçirmək üçün müxtəlif döyüşlər baş tutdu. Portuqaliyanın Hindistan üzərində hökmranlığı Osmanlılar tərəfindən bir təhdid olaraq qəbul edildi. XV əsrin sonlarında coğrafi kəşflər nəticəsində Ümid burnu və Amerikanın kəşf edilməsi ilə Osmanlı sərhədlərindən keçən Şərqi Asiya və Qərbi Avropa arasındakı köhnə ticarət yolları əhəmiyyətini itirmiş və Osmanlı iqtisadiyyatına mənfi təsir dəymişdir.[28] İmperiya, XVI və XVII əsrlərdə, Sultan Süleyman Qanuninin dövründə ən qüdrətli dövrünü yaşadı. Bu dövrdə dövlətin sərhədləri qərbdən Müqəddəs Roma İmperiyasına qədər genişləndi, Balkan yarımadası, Mərkəzi Avropanın cənub hissəsi və Reç Pospolita ələ keçirildi. Osmanlı Donanması dənizdə müxtəlif rəqabətlərə girmiş, uğurla ayrılmışdır. Xeyrəddin Barbarossanın başçılığı ilə 1538-ci ildə Preveze dəniz döyüşündə Səliblərin məğlub edilməsindən sonra Aralıq dənizində imperiyanın nəzarəti daha da artmışdır. XVI-XVIII əsrlər arasında şərqdə məzhəb fərqləri və ərazi mübahisələri səbəbindən Səfəvi dövləti ilə bəzi qarşıdurmalar zaman-zaman müharibəyə çevrilmişdir.[29] XIX əsrdə Osmanlı İmperiyası Qərbi Avropada intibah, elmi inqilab, maarifçilik və sənaye inqilabı kimi bir çox yeniliklərə tab gətirə bilməyərək geridə qalmışdır.[30] Müqəddəs İttifaq müharibələri bitdikdən sonra 1699-cu ildə imzalanan Karlovitsa müqaviləsindən sonra Osmanlı İmperiyası yavaş-yavaş geriyə addım atmağa başladı. XIX əsrdə Tənzimat fərmanı, ölkəni modernləşdirmək məqsədi güdürdü. Lakin modernizm məqsədli bu və digər bir çox islahatlar uğursuzluqla nəticələndi. Bundan əlavə, ölkənin ərazi bütövlüyünü qorumaq üçün inkişaf etdirilən və birlikdə yaşayan müxtəlif dini və etnik mənşəli insanların fikirlərini özündə cəmləşdirən Osmanlı hərəkatı müvəffəq olmadı və parçalanmanın qarşısını ala bilmədi. 1854-cü ildə Krım müharibəsi dövründə Osmanlı dövləti ilk dəfə xarici borc almalı olmuş, lakin alınan borcları daha sonradan ödəyə bilməmişdir.[31][32] Sonrakı 20 ildə iqtisadiyyat yüksək səviyyədə geriləmiş və Osmanlı hökuməti çətin vəziyyətdə qalmışdır. 1875–78 Şərq böhranı və 1877–78 Osmanlı-Rus müharibəsi vəziyyəti daha da gərginləşdirmişdir.[33] 1881-ci ildə xarici borclara daha aydın şəkildə nəzarət etmək üçün imperiyada Osmanlı Dövlət Borc idarəsi fəaliyyətə başladı. Beləliklə, Osmanlı dövlətinin borc və gəlirlərinə nəzarət bu idarənin əlinə keçdi. XX əsrin əvvəllərində Osmanlı İmperiyası Qərbi Avropa ölkələri ilə müqayisədə sənayeləşməmiş və inkişafdan geri qalmış bir ölkə olmuşdur.[34][35][36]

     
    Osmanlı dövlətinin qurucusu və ilk hökmdarı I Osman

    Osmanlı İmperiyası torpaqlarının sərhədləri, hərbi gücü və təbii sərvətləri tədricən azaldıqda Balkan yarımadasında yaşayan müsəlmanlar üzləşdikləri işgəncələrə görə Anadoluya köç etməyə başladılar.[37] Eyni şəkildə rusların Qafqaz ərazisini işğal etməsi ilə buradakı müsəlmanlar Anadoluya köç etmək məcburiyyətində qaldı. İmperiyanın son dövründə millətçi üsyanların meydana çıxması ilə millətlər arasında müxtəlif etnik gərginliklər yaşandı və bu etnik gərginliklər "erməni problemi" kimi adlandırıldı.[38] Sultan II Əbdülhəmidin avtoritar hakimiyyətinə qarşı çıxmaq üçün inkişaf edən Gənc türklər hərəkatı 1908-ci ildə ikinci məşrutiyyətin elan olunması ilə nəticələnmişdir. 5 oktyabr 1908-ci ildə Bolqarıstanda respublikanın elan olunması, 6 oktyabr 1908-ci ildə isə Avstriya-Macarıstanın Bosniyaya birtərəfli şəkildə qoşulması ölkədə xaosu daha da genişləndirdi. Daha sonra baş verən Tripoli və Balkan Döyüşləri çox sayda insan və torpaq itkisi ilə nəticələnmişdir. 23 yanvar 1913-cü ildə Balkan müharibəsi zamanı baş vermiş Bab-ı Ali basqını diktator Üç Paşanın hakimiyyəti ələ keçirməsinə səbəb oldu.[39]

    Osmanlı İmperiyası İttifaq dövlətləri ilə birlikdə I Dünya Müharibəsinə girmiş, lakin müharibədən məğlub ayrılmışdır. Müharibə zamanı ermənilərlə etnik gərginliyin artması ilə qüvvəyə minən qaçqın qanunu ilə ermənilər Şərqi Anadolu regionundan Suriyaya köçürülmüşdür. Müxtəlif mənbələrə görə, 300.000–1.000.000 arası erməni köçürülmə nəticəsində həlak olmuşdur. Daha sonralar, bu ölümlər müxtəlif mənbələr tərəfindən erməni soyqırımı kimi mətbuatda əks edilmişdir.[40][41][42][43][44] Lakin Türkiyə tərəfi bu hadisələrin soyqırım olmadığını, ermənilərin ölkədəki sabitliyi pozduğu və gərginlik yaratdıqları üçün deportasiya olunduğu fikrini müdafiə etmişdir. Ermənilərlə yanaşı, imperiyada müharibə davam edərkən yunanların və aysorların qətlə yetirildiyi iddia edilmişdir.[45][46][47] Müharibələrdən sonra imperiya parçalanmış və ərazisində müxtəlif dövlətlər qurulmuşdur. 30 oktyabr 1918-ci ildə Osmanlı İmperiyası, müttəfiq dövlətlər ilə Mudros müqaviləsini imzalanmışdır. 10 avqust 1920-ci ildə imzalanan Sevr müqaviləsi Osmanlı ərazisini Müttəfiq dövlətlər arasında bölüşdürmək üçün nəzərdə tutulmuş, lakin qüvvəyə minməmişdir.[48]

    Türkiyə Respublikası
    Əsas məqalə: Türkiyə siyasi tarixi
     
    Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Paşa Atatürk

    Birinci Dünya Müharibəsinin sonunda imzalanan Mudros müqaviləsindən sonra İstanbul, İzmir və digər Osmanlı torpaqlarının xarici qüvvələr tərəfindən işğalı Türk Milli Hərəkatının ortaya çıxmasına səbəb oldu. 19 may 1919-cu ildə Çanaqqala döyüşünün görkəmli simalarından biri olan Mustafa Kamal Paşa, Samsuna gələrək, Sevr müqaviləsi ilə irəli sürülən şərtləri ləğv etmiş və ölkənin bütün torpaqlarının bütövlüyünü qorumağı hədəfləyən Türkiyə İstiqlaliyyət müharibəsini başlatmışdır.[49] 18 sentyabr 1922-ci ildə ölkədəki bütün düşmən qüvvələr qovulmuş və 1920-ci il aprel ayından etibarən özünü ölkənin qanuni hökuməti elan edən Ankara Hökuməti tərəfindən Osmanlı mirası olan idarəetmə sistemini müasirləşdirilmiş və yeni respublika siyasi sisteminə keçid edilmişdir. 1 noyabr tarixində isə Türkiyə Böyük Millət Məclisi tərəfindən Osmanlı sultanlığı ləğv edilmiş və 623 illik rəsmi monarxiya dövləti olan Osmanlı tarixindən qalmış tozlu səhnələr silinmişdir.[50] 24 iyul 1923-cü ildə imzalanan Lozanna müqaviləsi, Osmanlı İmperiyasının xələfi olan Türkiyə Respublikasının beynəlxalq mühitdə tanınmasını təmin etmiş və 29 oktyabr 1923-cü ildə paytaxt Ankara olmaqla respublika elan edilmişdir. Lozanna müqaviləsinə əsasən baş tutan Türkiyə-Yunanıstan vətəndaş mübadiləsi ilə Türkiyədə yaşayan 1.1 milyon yunan və Yunanıstanda yaşayan 380 min türk yer dəyişdirmişdir.[49][51][52]

     
    Anıtqəbir qarşısında Türk bayraqları ilə Respublika etirazları

    Türkiyə Respublikasının qurucusu və ilk prezidenti olan Mustafa Kamal, ölkənin yeni və dünyəvi bir respublikaya çevrilməsini hədəfləyən bir çox islahatlar aparmışdır. 1934-cü ildə çıxan soyad qanunu ilə "Atatürk" soyadını almışdır.[49][53] II Dünya Müharibəsində Türkiyə uzun müddət neytrallığını qorumuş, lakin müharibənin son aylarında 23 fevral 1945-ci ildə müttəfiq dövlətlərin tərəfinə keçmişdir.[54] 26 iyun 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının qurucu üzvlərindən biri olmuşdur.[55] II Dünya Müharibəsindən sonra, Türkiyənin, Yunanıstanda kommunist üsyanların yatırılması və Sovet İttifaqının türk boğazlarında hərbi baza istəməsi kimi qarşılaşdığı çətinliklər ABŞ-ın 1947-ci ildə Trumen doktrinasını elan etməsi ilə nəticələnmişdir.[56]

    Türkiyə və Yunanıstanın təhlükəsizliyini təmin etməyi hədəfləyən doktrina, hər iki ölkəni hərbi və iqtisadi dəstək ilə təmin etmişdir. 1948-ci ildə Avropa iqtisadiyyatının yenidən qurulması planına Marşal və OECD daxil edilmişdir. 1961-ci ildə Türkiyə, OECD-nin qurucu üzvü olmuşdur.[57][58] Koreya müharibəsinə Birləşmiş Millətlər qüvvələri ilə birlikdə qatılan Türkiyə, 1952-ci ildə Sovet İttifaqına qarşı yaradılan NATO təşkilatına qatılmışdır.[59] 15 iyul 1974-cü ildə Kiprdə çevriliş baş vermişdir. Ölkədə EOKA-B fəaliyyətləri, Enozis planları və yaşanan cəmiyyətlərarası qarşıdurma şiddətinin artması, 20 iyul 1974-cü ildə Türkiyənin Kiprə qoşun yeritməsi ilə nəticələnmişdir. Doqquz il sonra, 1961-ci ildə Şimali Kipr Türk Respublikası qurularaq ada ikiyə bölünmüşdür.[60][61][62] 1946-cı ildə Türkiyə Respublikasında tək partiyalı dövr sona çatmışdır.[63][64] Daha sonra, çoxpartiyalı demokratiya dövrü 1960, 1971, 1980 və 1997-ci illərdə dövlət çevrilişləri ilə müvəqqəti olaraq dayandırılmışdır.[65] Həmçinin, 2016-cı ilin iyul ayında uğursuz çevriliş cəhdi baş tutmuşdur. 1980-ci illərdə Türkiyə iqtisadiyyatının liberallaşdırılması ölkədə iqtisadi artıma və siyasi sabitliyə səbəb olmuşdur. 1984-cü ildən bəri PKK, Türkiyə hökumətinə qarşı qiyam və hücum aksiyalarına başlamış, tərəflərin toqquşması nəticəsində rəsmi məlumatlara görə 40 mindən çox insan həyatını itirmişdir.[66] Human Rights Watch məlumatlarına görə, indiyə qədər Türkiyə Silahlı Qüvvələri tərəfindən 3000-dən çox kürd yaşayış məntəqəsi yandırılmış və minlərlə kürd öldürülmüşdür.[67] Həmçinin ölkədə kürdlər tərəfindən qurulan siyasi partiyaların çoxu ləğv edilmişdir.[68] Tərəflər arasında sülh danışıqları 2012-ci ildə başlamış, lakin 2015-ci ildə başa çatmışdır və vəziyyət daha da gərginləşmişdir. Gəzi parkında baş tutan tənzimləmələr səbəbilə 2013-cü ildə başlayan etirazlar hökumət əleyhinə etirazlara çevrildi və bir çox vilayətə qısa müddətdə yayıldı.[69][70] Lakin, etirazlar hökumət tərəfindən yatırıldı. Ölkədə 2015-ci ilin iyun ayında keçirilən parlament seçkilərindən sonra müxtəlif şəhərlərdə müşahidə olunan silahlı və bombalı hücumlar günü-gündən artaraq yüzlərlə mülki şəxsin ölümünə səbəb olmuşdur.[71][72][73]

    Dolmabağça sarayı 

    Dolmabağça sarayı

    Efes 

    Efes

    Kappadokiya 

    Kappadokiya

    Bodrum qalası 

    Bodrum qalası

    "Hattusha: the Hittite Capital". whc.unesco.org. 2019-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2014. "The Position of Anatolian" (PDF). 5 may 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 may 2013. Balter, Michael. "Search for the Indo-Europeans: Were Kurgan horsemen or Anatolian farmers responsible for creating and spreading the world's most far-flung language family?". Science. 303 (5662). 27 fevral 2004: 1323. doi:10.1126/science.303.5662.1323. PMID 14988549. "The World's First Temple". Archaeology magazine. noyabr–dekabr 2008. səh. 23. 2012-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17. "Çatalhöyük added to UNESCO World Heritage List". Global Heritage Fund. 3 iyul 2012. 17 yanvar 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2013. "Troy". ancient.eu. 2015-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2014. "Ziyaret Tepe – Turkey Archaeological Dig Site". uakron.edu. 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2010. "Assyrian Identity in Ancient Times And Today'" (PDF). 2020-05-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 sentyabr 2010. The Metropolitan Museum of Art, New York. "Anatolia and the Caucasus, 2000–1000 B.C. in Timeline of Art History.". New York: The Metropolitan Museum of Art. oktyabr 2000. 10 sentyabr 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2006. Roux, Georges. Ancient Iraq. səh. 314. Hagia Sophia // Encyclopædia Britannica. 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2017. "Acts 11:26 and when he found him, he brought him back to Antioch. So for a full year they met together with the church and taught large numbers of people. The disciples were first called Christians at Antioch". biblehub.com. 2019-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17. Biblika Ensiklopediyası, Bur. I, səh. 186 (p. 125 of 612 in online .pdf formatda). Daniel C. Waugh. "Constantinople/Istanbul". University of Washington, Seattle, Washington. 2004. 2006-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2006. Maas, Michael. The Cambridge Companion to the Age of Attila. Cambridge University Press. 2015. ISBN 978-1-107-02175-4. 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17. D.M. Lewis; John Boardman. The Cambridge Ancient History. Cambridge University Press. 1994. səh. 444. ISBN 978-0-521-23348-4. 2022-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 aprel 2013. Theo van den Hout. The Elements of Hittite. Cambridge University Press. 2011. səh. 1. ISBN 978-1-139-50178-1. 2013-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2013. Joseph Roisman, Ian Worthington. "A companion to Ancient Macedonia" Arxivləşdirilib 2016-04-22 at the Wayback Machine John Wiley & Sons, 2011. ISBN 1-4443-5163-X pp. 135–138, 343 Hooker, Richard. "Ancient Greece: The Persian Wars". Vaşinqton Ştat Universiteti. 6 iyun 1999. 20 noyabr 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2006. Metropol muzeyi. "Anatolia and the Caucasus (Asia Minor), 1000 B.C. – 1 A.D. in Timeline of Art History.". Nyu-York: Metropol İncəsənət Muzeyi. oktyabr 2000. 14 dekabr 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2006. "The Seljuk Turks". peter.mackenzie.org. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2014. Davison, Roderic H. Essays in Ottoman and Turkish History, 1774–1923: The Impact of the West. University of Texas Press. 2013. 3–5. ISBN 978-0-292-75894-0. 2018-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18. Katherine Swynford Lambton, Ann; Lewis, Bernard, eds.The Cambridge history of Islam (Reprint.). Cambridge: Cambridge Univ. Press. 1977. səh. 233. ISBN 978-0-521-29135-4. 2016-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18. Craig S. Davis. "The Middle East For Dummies" ISBN 0-7645-5483-2 səh. 66 Thomas Spencer Baynes. "The Encyclopædia Britannica: Latest Edition. A Dictionary of Arts, Sciences and General Literature, Volume 23" Arxivləşdirilib 2022-06-09 at the Wayback Machine. Verner, 1902 Əminə Fətvacı, "Picturing History at the Ottoman Court" Arxivləşdirilib 2022-06-14 at the Wayback Machine səh. 18 Simons, Marlise. "Center of Ottoman Power". New York Times. 22 avqust 1993. 2020-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2009. "Dolmabahce Palace". dolmabahcepalace.com. 2016-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2014. Faroqhi, Suraiya. Crisis and Change, 1590–1699 // In İnalcık, Halil; Donald Quataert (eds.). An Economic and Social History of the Ottoman Empire, 1300–1914. 2. Cambridge University Press. 1994. səh. 507. ISBN 978-0-521-57456-3. Stanford J. Shaw. History of the Ottoman Empire and Modern Turkey. 1. Cambridge University Press. 1976. səh. 213. ISBN 978-0-521-29163-7. 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2013. Palabiyik, Hamit, Turkish Public Administration: From Tradition to the Modern Age, (Ankara, 2008), 84. Ismail Hakki Goksoy. Ottoman-Aceh Relations According to the Turkish Sources (PDF). 19 yanvar 2008 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2018. "Ottoman/Turkish Visions of the Nation, 1860–1950". 2022-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2015. Niall Ferguson. "An Ottoman warning for indebted America". Financial Times. 2 yanvar 2008. 2014-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 sentyabr 2016. Todorova, Maria. Imagining the Balkans. Oxford University Press. 2009. səh. 175. ISBN 978-0-19-972838-1. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2013. Mann, Michael. The Dark Side of Democracy: Explaining Ethnic Cleansing. Cambridge University Press. 2005. səh. 118. ISBN 978-0-521-53854-1. 2022-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2013. "Collapse of the Ottoman Empire, 1918–1920". nzhistory.net.nz. 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2014. "Why Turkey hasn't forgotten about the First World War". britishcouncil.org. 2022-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2017. Isa Blumi. Ottoman Refugees, 1878-1939: Migration in a Post-Imperial World. Bloomsbury Academic. 2013. ISBN 9781472515360. 2020-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18. Armenian Genocide // Encyclopædia Britannica. İstifadə tarixi: 23 aprel 2015. "Fact Sheet: Armenian Genocide". University of Michigan. 21 noyabr 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2010. Freedman, Jeri. The Armenian genocide (1st). New York: Rosen Pub. Group. 2009. ISBN 978-1-4042-1825-3. 2022-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18. Totten, Samuel, Paul Robert Bartrop, Steven L. Jacobs (eds.) Dictionary of Genocide. Greenwood Publishing Group, 2008, səh. 19. ISBN 0-313-34642-9. Raziye Akkoç. "ECHR: Why Turkey won't talk about the Armenian genocide". The Daily Telegraph. 15 oktyabr 2015. 24 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2016. Donald Bloxham. The Great Game of Genocide: Imperialism, Nationalism, And the Destruction of the Ottoman Armenians. Oxford University Press. 2005. səh. 150. ISBN 978-0-19-927356-0. 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2013. Levene, Mark. "Creating a Modern 'Zone of Genocide': The Impact of Nation- and State-Formation on Eastern Anatolia, 1878–1923". Holocaust and Genocide Studies. 12 (3). Winter 1998: 393–433. doi:10.1093/hgs/12.3.393. 2012-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18. Ferguson, Niall. The War of the World: Twentieth-Century Conflict and the Descent of the West. Penguin Group. 2007. səh. 180. ISBN 978-0-14-311239-6. "The Treaty of Sèvres, 1920". Harold B. Library, Brigham Young University. 2017-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18. ↑ 1 2 3 Mango, Andrew. Atatürk: The Biography of the Founder of Modern Turkey. Overlook. 2000. səh. lxxviii. ISBN 978-1-58567-011-6. Heper, Criss, Metin, Nur Bilge. Historical Dictionary of Turkey. Scarecrow Press. 2009. ISBN 978-0-8108-6281-4. Axiarlis, Evangelia. Political Islam and the Secular State in Turkey: Democracy, Reform and the Justice and Development Party. I.B. Tauris. 2014. səh. 11. Clogg, Richard. A Concise History of Greece. Cambridge University Press. 2002. səh. 101. ISBN 978-0-521-00479-4. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2013. "Turkey holds first election that allows women to vote". OUPblog. 6 fevral 2012. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18. Gerhard Bowering; Patricia Crone; Wadad Kadi; Devin J. Stewart; Muhammad Qasim Zaman; Mahan Mirza. The Princeton Encyclopedia of Islamic Political Thought. Princeton University Press. 2012. səh. 49. ISBN 978-1-4008-3855-4. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2013. Following the revolution, Mustafa Kemal became an important figure in the military ranks of the Ottoman Committee of Union and Progress (CUP) as a protégé ... Although the sultanate had already been abolished in November 1922, the republic was founded in October 1923. ... ambitious reform programme aimed at the creation of a modern, secular state and the construction of a new identity for its citizens. League of Nations Treaty Series, bur. 173, səh. 214–241. "UN Cyprus Talks". United Nations. 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2017. Hassan, Mona. Longing for the Lost Caliphate: A Transregional History. Princeton University Press. 2017-01-10. ISBN 978-1-4008-8371-4. 2022-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18. Soner Çağaptay. "Reconfiguring the Turkish nation in the 1930s". Nationalism and Ethnic Politics, 8:2. Yale University. 2002. 67–82. doi:10.1080/13537110208428662. 2022-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18. "Growth in United Nations membership (1945–2005)". United Nations. 3 iyul 2006. 17 yanvar 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2006. "Members and partners". OECD. 2015-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2014. "KIBRIS MESELESİNİN TARİHÇESİ, BM MÜZAKERELERİNİN BAŞLANGICI". T.C. Dışişleri Bakanlığı. 16 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2020. "KIBRIS SORUNU'NUN KISA TARİHÇESİ VE GÜNÜMÜZ". Atatürkçü Düşünce Derneği (türk). 1 March 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 may 2020. Hale, William Mathew. Turkish Politics and the Military. Routledge. 1994. 161, 215, 246. ISBN 978-0-415-02455-6. Arsu, Sebsem. "Turkish Military Leaders Held for Role in '97 Coup". The New York Times. 12 aprel 2012. 2022-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2014. Uslu, Nasuh. The Cyprus question as an issue of Turkish foreign policy and Turkish-American relations, 1959–2003. Nova Publishers. 2003. səh. 119. ISBN 978-1-59033-847-6. 2022-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2011. "Timeline: Cyprus". BBC. 12 dekabr 2006. 2017-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2006. Mullen, Jethro; Cullinane, Susannah. "What's driving unrest and protests in Turkey?". CNN. 4 iyun 2013. 2017-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2013. Cunningham, Erin; Sly, Liz; Karatas, Zeynep. "Turkey rounds up thousands of suspected participants in coup attempt". The Washington Post. 16 iyul 2016. 2016-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016. Hansen, Suzy. "Inside Turkey's Purge". The New York Times. 13 aprel 2017. 28 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 may 2017. "Turkey Purge". turkeypurge.com. 30 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 may 2017. "Pence heads to Turkey as Erdogan rejects calls for ceasefire in Syria". Deutsche Welle. 16 oktyabr 2019. 2019-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18. "Full Text: Memorandum of Understanding between Turkey and Russia on northern Syria". The Defense Post. 22 oktyabr 2019. 2019-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18. "Turkey not resuming military operation in northeast Syria: security source". Reuters. 25 noyabr 2019. 2020-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18 – www.reuters.com vasitəsilə.
    Read less

Phrasebook

Salam
Merhaba
Dünya
Dünya
Salam dünya
Selam Dünya
Çox sağ ol
Teşekkürler
sağol
Güle güle
Bəli
Evet
Yox
Numara
Necəsən?
Nasılsınız?
Yaxşı, təşəkkür edirəm
İyiyim teşekkürler
Neçəyədir?
Ne kadar?
Sıfır
Sıfır
bir
Bir

Where can you sleep near Türkiyə ?

Booking.com
487.368 visits in total, 9.187 Points of interest, 404 Destinations, 1 visits today.