Bandi-Amir Milli Parkı

Bandi-Amir Milli Parkı (fars. بند امیر‎) — Əfqanıstanın ilk və yeganə milli parkı. Milli parkda mineral çöküntü olan travertindən əmələ gəlmiş təbii bəndlər ilə ayrılan 6 göl yerləşir. Göllər Əfqanıstanın mərkəzində, 3000 metr yüksəkliyində, Hindikuş dağlarında, Bamiyan Budda heykəllərinin qərbində yerləşir.

Göllər karbon dioksid sızması nəticəsində yaranmışdır. Bandi-Amir dünyada travertin mineralı sayəsində yaranmış nadir göl sistemlərindən biridir. Milli parkda yerləşən kanyon Əfqanıstanın Böyük kanyonu hesab olunur və buranı hər il minlərlə turist ziyarət edir.

Ətraflı bax: Əfqanıstan tarixi Kosmosdan görünüşü.

"Bandi-Amir" sözü hərfi tərcümədə "Əmirin bəndi" deməkdir və bu adın müsəlmanların 4-cü xəlifəsi Əli ilə əlaqədar olduğu hesab olunur. Ərazidə etnik həzaralar üstünlük təşkil etmişlər. Həzaralar Əfqanıstan əhalisinin 8–15 %-ni təşkil edirlər və demək olar ki, hamısı şiədir.

Bandi-Amir 1960-cı illərdə milli parka çevriləcəkdi, amma müharibələrə və siyasi böhranlara görə bu baş tutmamışdır. 1975-ci ildə Hind filmi "Darmatma"nın bəzi hissələri Hema Malini və Feroz Xanın iştirakı ilə burada çəkilmişdir.

2004-cü ildə Bandi-Amir YUNESKO-nun Dünya irsi siyahısına daxil edilmək üçün namizəd göstərilmişdir.[1] 2009-cu ildə rəsmi şəkildə Bandi-Amir Əfqanıstanın milli parkı elan olunmuşdur.[2] 2013-cü ilə qədər milli parkı hər il 6.000 yerli turist ziyarət etmişdir. Milli park kiçik saydakı meşəbəyiləri tərəfindən qorunur.[3]

Band-E-Amir — UNESCO World Heritage Centre. Submitted on 2004–09-08. Retrieved on 2008–07-15 from http://whc.unesco.org/en/tentativelists/1946/ Arxivləşdirilib 2011-10-16 at the Wayback Machine. Leithead, Alastair (2008–07-15). Getting tourists to Afghanistan's 'Grand Canyon'. BBC News. Retrieved on 2008–07-15 from http://news.bbc.co.uk/2/hi/south_asia/7506146.stm Arxivləşdirilib 2021-11-27 at the Wayback Machine. "Afghanistan's 'Grand Canyon' drawing tourists, money". CBS. 25 May 2013. 2013-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-16.
Photographies by:
Statistics: Position
831
Statistics: Rank
127625

Add new comment

CAPTCHA
Security
451892376Click/tap this sequence: 9115
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Bandi-Amir Milli Parkı ?

Booking.com
491.278 visits in total, 9.211 Points of interest, 405 Destinations, 122 visits today.