Bürc əl-Ərəb (Ərəbcə: برج العرب "Ərəblərin Qülləsi") — Dünyanın ən lüks otellərindən biri olan “Bürc əl-Ərəb” oteli Dubaydan 15 km cənubda Ərəb dənizinin sahilində, Cümeyra rayonunda yerləşir (Birləşmiş Ərəb Əmirlikləri). Bürc əl-Ərəb oteli:
- "The Jumeirah Beach Resort" kompleksinin tərkibi sayılır.
- Dünyada ilk 7 ulduzlu oteldir.
- Dünyanın 4-cü ən hündür oteldir. (2013-cü il)
- Süni adanın üzərində inşa edilib.
- Üçüncü minilliyə dünyanın ən hündür, ən lüks və ən məşhur oteli kimi daxil olub.
Tikintisi 1994-cü ildə Basra körfəzi yaxınlarında başlanan otel 1 dekabr 1999-cu ildə qapılarını müştərilərinə açmışdır. Otel dəniz sahilində əvvəldən böyük qaya bloklarının dənizə endirilməsiylə yaradılan bir adacıq üzərinə qurulmuşdur. Burc əl-Ərəb "Ərəb qülləsi" mənasını versə də, arxitektura baxımdan dənizdə üzən bir yelkəni xatırlatdığı üçün "Yelkən otel" adlandırılır.
Photographies by:
Statistics: Position
675
Statistics: Rank
148045
Add new comment