Cənnə Böyük məscidi (fr. Grande mosquée de Djenné, ərəb. الجامع الكبير في جينيه‎) Sudan-Sahel memarlıq üslubunun ən böyük nailiyyətlərindən biri və çoxlu memarların təxəyülünün məhsulu olan böyük çiy kərpic tikilisidir. Məscid Malinin Cənnə şəhərində Bani çayının çaybasar hissəsində yerləşir. Bu yerdə ilk məscid 13-cü əsrdə tikilib, lakin hazırkı struktur 1907-ci ilə təsadüf edir. Eləcə də, Cənnə icmasının mərkəzi olan bu yer Afrikanın ən məşhur memarlıq abidələrindən biridir. Cənnənin Qədim şəhər hissəsi ilə yanaşı bu tikili 1988-ci ildə YUNESKO tərəfindən Dünya irsi siyahısına əlavə olunub.

Birinci məscid  Fransız poçt kartoçkasında görünən orijinal məscidin qalıqları (təxminən 1900-cü illər)

Cənnədə birinci məscidin tikilməsinin dəqiq tarixi məlum deyil, ancaq tarix kimi 1200-cü ilin əvvəlləri və 1330-cu illərin sonu göstərilir.[1] Məscidin mövcudluğunu bildirən ən qədim sənəd on yeddinci əsrin ortalarında mövcud olmuş ehtimal ki, şifahi ənənələrdən ilk tarixi məlumatı verən Abd əl-Sadinin Tarix əl-Sudan[en] gündəliyidir. Bu gündəlikdə Sultan Kunburunun müsəlman olması və öz sarayını sökdürərək, yerində məscid inşa etdirməsi göstərilir. O, yaxınlıqda məscidin şərq tərəfində özü üçün başqa bir saray tikdirir.[2] Sonrakı Sultan ətrafda divarlar tikdirdiyi müddətdə onun ən yaxın varisi məscidin qalalarını tikdirmişdir.[3]

Böyük məscid haqqında fransız tədqiqatçısı Rene Kale[en]nin 1828-ci ildə Cənnəyə səfər etməsinə qədər digər yazılı informasiya yoxdur. Rene Kale qeyd edirdi:

"  Cənnədə iki böyük, ancaq hündür olmayan qalaların yaxınlığında üstündən keçilə bilən yer üzərində tikilmiş məscid var; bu yöndəmsiz bir tərzdə tikilib, buna baxmayaraq çox böyükdür. Bura minlərlə qaranquşun yuvalarını tikdiyi tərk edilmiş yerdir. Ümumi olan kiçik xarici meydançada ibadət edən şəxsin kənar durmasına səbəb olan çox xoşagəlməz qoxu var. Mən tez-tez məscidin ətrafına gedirdim və həmişə qocalıq, korluq və digər xəstəliklərlə yanaşı dilənçiliyin azaldığını, yoxsulların sayını müşahidə edirdim.[4] "  Seku Amadunun məscidi

Rene Kalenin səfərindən on il əvvəl, Fulani lideri Seku Amadu[en] müqəddəs müharibəyə başlayıb və şəhəri ələ keçirib. Seku Amadu görünür mövcud olan məscdi bəyənmədi və qəza vəziyyətində olan məscidin məhv olmasına imkan yaratdı. Bu Kalenin gördüyü tikili ola bilərdi. Seku Amadu həmçinin bütün qonşuluqda olan məscidləri bağlatdırdı.[5] 1834 və 1836-cı illər arasında Seku Amadu keçmiş sarayının yerində mövcud olan məscidin şərqində yeni məscid tikdirdi. Yeni məscid heç bir qala və ya ornamentləri olmayan alçaq, geniş tikili idi.[6]

 Cənub-qərbdə görünən Seku Amadunun məscidi, Feliks Duboisin "Sirli Timbuktu kitabından", 1895.

Lui Arşinarın başçılığı ilə fransız orduları 1893-cü ilin aprelində Cənnəni tutdu. Bir müddət sonra, fransız jurnalist Feliks Dubois şəhərə səyahət etdi və ilkin məscidin qalıqlarını təsvir etdi.[7] Onun səfəri zamanında dağıdılmış məscidin daxili hissəsi qəbiristanlıq kimi istifadə olunmuşdur.[8] Özünün 1897-ci ildəki Sirli Timbuktu kitabında (fr. Tombouctou la Mystérieuse) Dubois tərk edilməzdən əvvəl məscidin necə göründüyünü təsəvvür etdiyi kimi plan və çertyojunu çəkmişdi.[9]

Hazırkı məscid

1906-cı ildə Fransız administrasiyası şəhərdə orijinal məscidin bərpasının və eyni zamanda Seku Amadunun məscidinin yerində tikiləcək məktəbin təşkilini həyata keçirib. Bərpa işləri bənnaların birliyi və Cənnənin başçısı İsmail Traorenin rəhbərliyi altında məcburi əl əməyindən istifadə edilərək 1907-ci ildə tamamlandı. Həmin vaxta çəkilmiş şəkillərdən , orijinal məscidin müşayiət olunan xarici divarlarının ən azı bir neçə vəziyyəti gözə görünürdü, ancaq əvvəlki quruluşda dam örtüyünü saxlayan köməkçi sütunların olduğu aydın deyil.[1] Yəqin demək olar ki, yeni bərpa olunmuş məsciddə qiblə divarlarında əvvəllər mövcud olmayan üç böyük qalanın simmetrik təşkili idi. Yeni tikilmiş məscidə Fransız təsirinə nə dərəcədə məruz qaldığı barədə müzakirələr olub.[1]

Green herb with a few tiny yellow-white flowers 
Three small white and yellow flowers before green-leaf background 
Bazarın arxasında görünən hazırkı məscid

Dubois 1910-cu ildə Cənnəyə yenidən səfər edərkən, yeni tikilmiş tikilini görüb sarsıldı. O inanırdı ki, fransız müstəmləkə administrasiyası dizayna görə məsuliyyət daşıyır və yazırdı ki, bu bədrəftar adam və kilsə orqanı arasında xaç kimi görünürdü. O, fikirləşdi ki, binanın hazırlanmış konusları Allaha həsr olunmuş məbədin barokkosunu xatırladır.[10] Bunun əksinə olaraq, Jan-Lui Burjua iddia edirdi ki, Fransanın daxili tağlar üçün güman ki başqa təsiri az idi və layihə əsasən Afrika üslubunda idi.[11]

Şərq divarının qarşısındakı terrasa iki türbə daxildir. Cənubda yerləşən daha böyük türbədə 18–ci əsrin ən məşhur imamı Almany İsmalanın qalıqları toplanmışdır.[12] Fransız müstəmləkə dövrünün əvvəllərində məscidin şərq tərəfində yerləşən nohur indi hər həftə bazar üçün istifadə olunan açıq sahə yaratmaq üçün torpaqla doldurulmuşdur.[13]

Elektrik xətləri və su kəməri Malidəki bir çox məscidlərə əlavə olunub. Bəzi hallarda məscidin orijinal səthi tarixi görünüşünün məhv olamsı və bəzi hallarda binanın strukturunun bütövlüyünə xələl gəlməsinə görə kirəmitlə örtülüb. Böyük məscid səsucaldan sistemi ilə təhciz olunduğu zaman Cənnənin vətəndaşları tikilinin tarixi bütövlüyünün lehinə müasirləşməyə müqavimət göstəriblər. Bir çox tarixi mühafizəçilər cənmiyyətin məscidin qorunub saxlanmasına göstərdiyi səyləri yüksək qiymətləndiriblər və tikiliyə bu cəhətdən maraq 1990-cı illərdə artıb.

1996-cı ildə Vogue qəzeti məscidin içərisində geyim çəkilişini həyata keçirib. Zəif-geyinmiş qadınların moda şəkilləri yerli əhalinin narazılığına səbəb olur və nəticədə qeyri–müsəlmanların o vaxtdan bəri məscidə girişi qadağan olunub.[14] Məsciddən kadrlar 2005-ci ildə ekranlaşdırılmış Saxara filmində yer alıb.

↑ 1 2 3 Bourgeois, 1987 Hanvik, 1999. səh. 18 Hanvik, 1999. səh. 20 Kale, 1830. səh. 460, Cild. 1 Bourgeois, 1987. səh. 55 Dubois, 1896. səh. 164 Dubois, 1896. səh. 154 Dubois, 1896. səh. 162 Dubois, 1896. səh. 155 Dubois, 1911. səh. 189; Duboisin Fransız dilindəki mətnindən sitat Bedaux, Diaby və Maas, 2003. səh. 16 Bourgeois, 1987. səh. 58 Maas, Mommersteeg, 1992. səh. 112 Maas, Mommersteeg, 1992. səh. 159 "25 Simply Amazing Mosques – International Listings Blog". 2017-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-23.
Photographies by:
Wegmann - CC BY 3.0
Devriese - CC BY 3.0
Adama Diop - Public domain
Fredy LECLERCQ - CC BY-SA 4.0
Fredy LECLERCQ - CC BY-SA 4.0
Flickr user: Juan Manuel Garcia Mexico City https://www.flickr.com/people/phase3/ - CC BY 2.0
Statistics: Position
4
Statistics: Rank
5929298

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
173564928Click/tap this sequence: 8191

Google street view

Videos

Where can you sleep near Cənnə Böyük məscidi ?

Booking.com
490.651 visits in total, 9.208 Points of interest, 405 Destinations, 27 visits today.