Context of Makao

Makau və ya Makao (çin.: 澳门 ) rəsmi olaraq Çin Xalq Respublikasının Makau Xüsusi İnzibati Bölgəsi (MXİB), Çinin Cənubi Çin dənizi ilə Mirvari çayı deltasının qərb hissəsində yerləşən bir şəhər və xüsusi inzibati bölgədir. Təxminən 680,000 əhalisi və 32.9 kvadrat kilometr (12.7 kvadrat mil) sahəsi ilə dünyanın ən sıx məskunlaşıldığı bölgəsidir. Keçmiş Portuqaliya imperiyası koloniyası olan Portuqaliya Makau ərazisi ilk dəfə 1557-ci ildə Min sülaləsi tərəfindən ticarət məntəqəsi kimi Portuqaliyaya icarəyə verilmişdir. Portuqaliya illik icarə haqqı ödədi və 1887-ci ilə qədər ərazini Çinin suverenliyi altında idarə etdi. Daha sonra Portuqaliya Çin-Portuqaliya Pekin Müqaviləsi əsasında əbədi müstəmləkə hüquqlarını aldı. Koloniya 1999-cu ilə qədər Çinə təhvil verilənə qədər Portuqaliya hakimiyyəti altında qaldı. Makau "bir ölkə, iki sistem" prinsipi altında materik Çindən ayrı-ayrı hökumət və iqtisadiyyat sistemlərini qoruyan Çinin...Read more

Makau və ya Makao (çin.: 澳门 ) rəsmi olaraq Çin Xalq Respublikasının Makau Xüsusi İnzibati Bölgəsi (MXİB), Çinin Cənubi Çin dənizi ilə Mirvari çayı deltasının qərb hissəsində yerləşən bir şəhər və xüsusi inzibati bölgədir. Təxminən 680,000 əhalisi və 32.9 kvadrat kilometr (12.7 kvadrat mil) sahəsi ilə dünyanın ən sıx məskunlaşıldığı bölgəsidir. Keçmiş Portuqaliya imperiyası koloniyası olan Portuqaliya Makau ərazisi ilk dəfə 1557-ci ildə Min sülaləsi tərəfindən ticarət məntəqəsi kimi Portuqaliyaya icarəyə verilmişdir. Portuqaliya illik icarə haqqı ödədi və 1887-ci ilə qədər ərazini Çinin suverenliyi altında idarə etdi. Daha sonra Portuqaliya Çin-Portuqaliya Pekin Müqaviləsi əsasında əbədi müstəmləkə hüquqlarını aldı. Koloniya 1999-cu ilə qədər Çinə təhvil verilənə qədər Portuqaliya hakimiyyəti altında qaldı. Makau "bir ölkə, iki sistem" prinsipi altında materik Çindən ayrı-ayrı hökumət və iqtisadiyyat sistemlərini qoruyan Çinin xüsusi inzibati regionlarındandır. Şəhərin tarixi mərkəzində Portuqaliya və Çin memarlığının unikal birləşməsi onun 2005-ci ildə UNESCO Ümumdünya İrsi siyahısına daxil edilməsinə səbəb oldu.

Where can you sleep near Makao ?

Booking.com
491.151 visits in total, 9.210 Points of interest, 405 Destinations, 74 visits today.