Context of Polşa


Polşa (pol. Polska; Polyakca tələffüz: [ˈpɔlska]  ( dinlə)), tarixi mənbələrdə Lehistan və ya rəsmi adı ilə Polşa Respublikası (pol. Rzeczpospolita Polska; Polyakca tələffüz: [ʐɛtspɔˈspɔlita ˈpɔlska]  ( dinlə)) — Mərkəzi Avropada dövlət. 312,696 kvadrat kilometr ərazini əhatə edən ölkə 16 inzibati bölgəyə bölünür və əsasən mülayim mövsümi iqlimə malikdir. Təxminən 38.5 milyon nəfər əhalisi olan Polşa, Avropa İttifaqının əhalisinə görə ən sıx 5-ci ölkəsidir. Polşanın paytaxtı və ən böyük şəhəri Varşavadır. Digər böyük şəhərlərə Krakov, Vrotslav, Poznan, Qdansk və Qdnya, Lodz, Şetsin aiddir.

Polşa şimalda Baltik dənizi, Litva və Rusiyanın Kalininqrad vilayət...Read more


Polşa (pol. Polska; Polyakca tələffüz: [ˈpɔlska]  ( dinlə)), tarixi mənbələrdə Lehistan və ya rəsmi adı ilə Polşa Respublikası (pol. Rzeczpospolita Polska; Polyakca tələffüz: [ʐɛtspɔˈspɔlita ˈpɔlska]  ( dinlə)) — Mərkəzi Avropada dövlət. 312,696 kvadrat kilometr ərazini əhatə edən ölkə 16 inzibati bölgəyə bölünür və əsasən mülayim mövsümi iqlimə malikdir. Təxminən 38.5 milyon nəfər əhalisi olan Polşa, Avropa İttifaqının əhalisinə görə ən sıx 5-ci ölkəsidir. Polşanın paytaxtı və ən böyük şəhəri Varşavadır. Digər böyük şəhərlərə Krakov, Vrotslav, Poznan, Qdansk və Qdnya, Lodz, Şetsin aiddir.

Polşa şimalda Baltik dənizi, Litva və Rusiyanın Kalininqrad vilayəti, şərqdə Belarusiya və Ukrayna, cənubda Slovakiya və Çexiya, qərbdən isə Almaniya ilə həmsərhəddir.

Polşa torpaqlarında ilk insanların məskən salınmasının tarixi olduqca qədimdir. Antik dövrlərdə Mərkəzi Avropa düzənliyi bir çox mədəniyyət və xalqların məskunlaşma mərkəzi olmuşdur. Ancaq Polşaya öz adını verən qərbi polyanlar bu bölgəyə hakim olmuşdur. Polşa dövlətinin qurulmasının əsası 966-cı ildə xristian dininin qəbul edilməsi və yayılması ilə qoyulmuşdur. 1025-ci ildə Polşa Krallığı qurulmuş, 1569-cu ildə Lublin uniyası imzalanaraq Litva ilə uzun müddət davam edən siyasi birlik daha da möhkəmləndirilmişdir. Bu birlik, 3 may 1791-ci ildə Avropanın ilk yazılı milli konstitusiyası, liberal siyasi sistemi, böyük ərazi və əhalisinə malik olan Reç Pospolitanın yaranması ilə nəticələnmişdir.

Qızıl dövrünü keçirdikdən sonra Polşa, XVIII əsrin sonlarında qonşu dövlətlər tərəfindən işğal olunmuş, lakin 1918-ci ildə Versal müqaviləsi ilə yenidən müstəqilliyinə qovuşmuşdur. Bir sıra ərazi münaqişələrindən sonra yeni çoxmillətli Polşa, Avropa siyasətində əsas oyunçu mövqeyini bərpa edə bilmişdir. Lakin, bu mövqe davamlı ola bilməmiş, 1939-cu ilin sentyabrında II Dünya Müharibəsinin Almaniyanın Polşanı işğal etməsi ilə başlamış, ardınca Sovet İttifaqının Molotov-Ribbentrop paktı ilə Polşanı yenidən ələ keçirilməsi ilə müşahidə olunmuşdur. Təxminən altı milyon Polşa vətəndaşı, o cümlədən ölkənin üç milyon yəhudi vətəndaşı müharibə zamanı həlak olmuşdur. Şərq blokunun üzvü olan Polşa Xalq Respublikası soyuq müharibə gərginliyi dövründə Varşava müqaviləsinin imzalanmasını elan etmişdir. 1989-cu il hadisələrindən sonra, xüsusilə Solidarnost Həmrəklik İttifaqının yaranması və töhfələri sayəsində ölkədə fəaliyyət göstərən kommunist hökumət dağıdıldı və Polşa unitar yarı prezidentli bir respublika olaraq yenidən quruldu.

Polşa inkişaf etmiş bir iqtisadiyyata sahibdir. Şərqi-Mərkəzi Avropa regionunda ən böyük birjaya sahib olan Polşa, Mərkəzi Avropada regional güclərdən biridir. Polşa, ÜDM-ə görə Avropa İttifaqında 6-cı, bütün Avropada isə 10-cu yerdədir. Dünyanın ən dinamik iqtisadiyyatlarından birinə malik olan bu ölkədə İnsan İnkişafı İndeksində çox yüksək irəliləmələr müşahidə olunur. Polşa yüksək səviyyəli yaşayış səviyyəsi, həyat keyfiyyəti, təhlükəsizlik, təhsil və iqtisadi azadlıqlarla yanaşı yüksək gəlirli iqtisadiyyatı da qoruyan inkişaf etmiş bir ölkədir. Dövlət təkmilləşdirilmiş və tam pulsuz məktəb və universitet təhsili, sosial təminat və səhiyyə sistemi də təmin edir. Ölkədə UNESCO-nun Ümumdünya İrsi siyahısında yer alan 16 tarixi abidə var.

Polşa, Şengen zonası, Birləşmiş Millətlər Təşkilatı, NATO, İƏİT, Üç Dəniz İttifaqı və Vişeqrad İttifaqının daimi üzvü G-20 təşkilatının isə qonaq üzvüdür.

Phrasebook

iki
Dwa
üç
Trzy
dörd
Cztery
Beş
Pięć
altı
Sześć
Yeddi
Siedem
Səkkiz
Osiem
Doqquz
Dziewięć
On
Dziesięć
çəkin
Ciągnąć
İçki
Drink
Tualet haradadır?
Gdzie jest toaleta?

Where can you sleep near Polşa ?

Booking.com
492.860 visits in total, 9.215 Points of interest, 405 Destinations, 148 visits today.