Bazaar of Tabriz

( Təbriz bazarı )

Təbriz bazarı — Təbriz şəhərinin mərkəzində yerləşən, dünyanın ən böyük bazarlarından biri olan bu bazar UNESCO-nun dünya mirası siyahısına salınmışdır.

Ehtimallara görə, Təbriz bazarı eramızın 4-cü əsrində tikilib. Təbriz bazarı 15 min kv.metr ərazini əhatə edir. İrili-xırdalı bazarda 5 min dükan və ticarət mərkəzi var. Bazardakı dalan, karvansara, rasta (bir neçə kiçik bazarın qovşağı) və s. yerləşdiyi ərazinin uzunluğu isə 5 km-dir. Bazarda 19 timçə (eyni məhsulu və malı satan kiçik dükan), 8 dalan, 22 rastabazar, 22 karvansara və s. yerləşir.

Qədimdən Təbriz Böyük İpək yolunun üstündə yerləşdiyindən, eyni zamanda buradan şimala Şamaxıya, cənuba Bağdada karvan yollarının mövcudluğu Təbrizin mərkəzində yerləşən bazarı bütün ətraf ölkə tacirləri üçün cəlbedici etmişdir.

Əsasən orta əsrlərdə tikilən bu bazar indidə öz iqtisadi əhəmiyyətini itirməmişdir. Bir neçə kilometr uzunluğu olan bu bazar iqtisadi əhəmiyyətindən başqa, turist mərkəzi kimi bütün dünyan...Read more

Təbriz bazarı — Təbriz şəhərinin mərkəzində yerləşən, dünyanın ən böyük bazarlarından biri olan bu bazar UNESCO-nun dünya mirası siyahısına salınmışdır.

Ehtimallara görə, Təbriz bazarı eramızın 4-cü əsrində tikilib. Təbriz bazarı 15 min kv.metr ərazini əhatə edir. İrili-xırdalı bazarda 5 min dükan və ticarət mərkəzi var. Bazardakı dalan, karvansara, rasta (bir neçə kiçik bazarın qovşağı) və s. yerləşdiyi ərazinin uzunluğu isə 5 km-dir. Bazarda 19 timçə (eyni məhsulu və malı satan kiçik dükan), 8 dalan, 22 rastabazar, 22 karvansara və s. yerləşir.

Qədimdən Təbriz Böyük İpək yolunun üstündə yerləşdiyindən, eyni zamanda buradan şimala Şamaxıya, cənuba Bağdada karvan yollarının mövcudluğu Təbrizin mərkəzində yerləşən bazarı bütün ətraf ölkə tacirləri üçün cəlbedici etmişdir.

Əsasən orta əsrlərdə tikilən bu bazar indidə öz iqtisadi əhəmiyyətini itirməmişdir. Bir neçə kilometr uzunluğu olan bu bazar iqtisadi əhəmiyyətindən başqa, turist mərkəzi kimi bütün dünyanı özünə cəlb edir.

İqtisadi və memarlıq əhəmiyyətindən əlavə Təbriz bazarı öz sosial fəallığı ilə də məşhurdur. Azərbaycan və müasir İran tarixində baş vermiş bir sıra mühüm tarixi olaylar Təbriz bazarı ilə birbaşa bağlıdır.

Təbriz bazarının bağlanması kütləvi etiraz hesab edilirdi. Təbriz bazarının dayanması bütün zamanlarda hakimiyyətlər üçün böyük təhlükə, üsyan siqnalı hesab olunur.

1891-ci il martın 19-da Nəsrəddin şahın İranda tütün ticarət hüquqlarını ingilis firmasına satmasına etiraz olaraq bütün ölkə ərazisində başlayan etiraz dalğasının önündə Təbriz bazarı idi. 1891-ci il avqustun 19-da Təbriz əhalisi adından şaha müraciət olunur, ardınca şəhər bazarı bağlanır.

1905-1911-cı illərdə baş vermiş Məşrutə hərəkatının da aparıcı mərkəzi Təbriz bazarı idi. Bununla yanaşı "Yaşıl hərəkat"ında, Səttərxan hərəkatında və ötən əsrin 70-ci illərində İranda şaha qarşı xalq etirazları zamanı Təbriz bazarının rolu danılmazdır.

Photographies by:
Navid Alizadeh Sadighi - CC BY-SA 4.0
Statistics: Position
5251
Statistics: Rank
20210

Add new comment

CAPTCHA
Security
834627195Click/tap this sequence: 5331
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Videos

Where can you sleep near Təbriz bazarı ?

Booking.com
492.981 visits in total, 9.215 Points of interest, 405 Destinations, 55 visits today.