უშგულის თემი

( Uşquli )

Uşquli (gürc. უშგული) — Gürcüstan Respublikasının Sameqrelo-Yuxarı Svaneti diyarının Mestia rayonunda, İnquri dərəsinin başında yerləşən svan icması. Jibiani, Çvibiani, Çajaşi, Lamjurishi və Murkmeli kəndlərindən ibarətdir. Dəniz səviyyəsindən 2200 m yüksəklikdə yerləşən Uşquli kəndi Dağıstanın Doqquzpara rayonundakı Kuruş kəndindən sonra (dəniz səviyyəsindən 2560 m yüksəklikdə) Avropada ən yüksək daimi məskunlaşmış yaşayış məntəqəsi hesab edilir. Böyük Qafqazın ən yüksək zirvələrindən olan Şxaranın cənub yamacında, İnquri çayının yuxarı axarında yerləşir.

Uşqulidə təxminən 70 ailə (200 nəfərə qədər) yaşayır, məktəb var. Ətrafı ilin 6 ayı qarla örtülü olur və rayon mərkəzi Mestiaya aparan yol tez-tez kəsilir. Kənddə ənənəvi svan qüllə-evləri qorunmuşdur. Jibiani kəndinin yanında təpədə XI əsrdə tikilmiş Məryəm kilsəsi (svanca Lamariya) yerləşir.

Photographies by:
Statistics: Position
1015
Statistics: Rank
110293

Add new comment

CAPTCHA
Security
842371956Click/tap this sequence: 7231
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Uşquli ?

Booking.com
491.448 visits in total, 9.211 Points of interest, 405 Destinations, 74 visits today.