Context of Gürcüstan

Gürcüstan (gürc. საქართველოSakartvelo) — Cənubi Qafqazda dövlət. Gürcüstan Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. Şimalda Rusiya, şərqdə Azərbaycan, cənubda Ermənistan və Türkiyə ilə həmsərhəddir. Ölkənin qərbində isə Qara dəniz yerləşir. Paytaxtı və ən böyük şəhəri Tbilisi şəhəri, ümumi sahəsi 69,700 kvadrat kilometrdir. Gürcüstan 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir.

Gürcüstan qədim tarixə malik bir ölkədir. Gürcüstanın tarixi qədim Kolxida və İberiya krallıqlarına gedib çıxır. Dünyada xristanlığı qəbul edən 2-ci dövlət olan Gürcüstan XI və XII əsrlərdə ən qüdrətli çağını yaşamışdır. XIX əsrin əvvəlində Rusiyaya birləşdilib. 1918-ci ildə müstəqillik əldə etsə də, qısa müddətdən sonra RSFSR tərəfindən işğal olundu.

More about Gürcüstan

Basic information
  • Currency Gürcüstan larisi
  • Native name საქართველო
  • Calling code +995
  • Internet domain .ge
  • Speed limit 110
  • Mains voltage 220V/50Hz
  • Democracy index 5.31
Population, Area & Driving side
  • Population 4573192
  • Area 69700
  • Driving side right
History
  • Gnome-searchtool.svg  Əsas məqalə: Gürcüstan tarixi

    Uzaq keçmişdə bu ərazilərdə yunanlara və romalılara məlum olan iki dövlət mövcud idi: İberiya və Kolxida. Bu dövlətlər 337-ci ildə xristianlıq qəbul etdilər. Bizans və ərəb idarəsindən qurtarıb gürcü məlikləri XI əsrdə torpaqlarını birləşdirib müstəqil Gürcü şahlığını yaratdılar. XII əsrdə bu şahlıq qonşu əraziləri fəth edib güclü bir dövlətə dönür. XIV əsrdən bəri monqollar, iranlılar və osmanlılar ölkəyə hücum edib müstəqilliyinə dəfələrlə son qoyurdular. 1783-cü ildə gürcü Kartli-Kaxeti şahı İrakli II Rusiya ilə Georgievsk müqaviləsini imzaladı. Bu müqavilə əsasəm Rusiya Gürcüstana mühafizə tə'min etsə də, Qacarlar hələ də ölkəyə qarşı hücum etməyə davam edirdi. 1801-ci ildə Gürcüstan Rusiya tərəfindən zəbt edildi. 1810 Rusiya qərbi gürcü İmereti çarlığını da özünə tabe etdi. 1918-ci ilə 1921-ci illər arasında Gürcüstan müstəqil respublika idi. 1921-ci ildə rus ordusu Gürcüstana daxil olub, müstəqilliyi ləğv etdi və SSRİ-nin tərkibində Gürcüstan Sovet Sosialist Respublikası yaradıldı. 1922–1936-cı illərdə Gürcüstan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasına daxil idi. 1991-ci ildən bəri Gürcüstana Respublikası müstəqil ölkədir.

Phrasebook

Salam
გამარჯობა
Dünya
მსოფლიო
Salam dünya
Გამარჯობა მსოფლიო
Çox sağ ol
Გმადლობთ
sağol
ნახვამდის
Bəli
დიახ
Yox
არა
Necəsən?
Როგორ ხარ?
Yaxşı, təşəkkür edirəm
Კარგი, მადლობა
Neçəyədir?
Რა ღირს?
Sıfır
Ნული
bir
ერთი

Where can you sleep near Gürcüstan ?

Booking.com
490.275 visits in total, 9.200 Points of interest, 404 Destinations, 43 visits today.