Virunqa Milli Parkı

Virunqa Milli Parkı (fr. Parc National des Virunga) — Konqo Demokratik Respublikasının şərq hissəsindəki Albertin rifti vadisində yerləşən milli parkdır. 1925-ci ildə əsası qoyulmuşdur və Afrikada yerləşən ilk mühafizəyə alınmış ərazilərdən biri hesab olunur. Yüksəklik baxımından ərazinin relyefi müxtəlifdir. Belə ki, bu milli parkın ən aşağı nöqtəsi dəniz səviyyəsindən 680 metr yüksəklikdə yerləşən Semliki çayı olduğu halda, ən yüksək nöqtəsi 5,109 metr yüksəkliyə sahib Ruvenzori dağlarıdır. Ərazisi Uqanda və Ruanda ilə dövlət sərhədi boyunca şimaldan cənuba 300 km məsafədə uzanır. 8090 kvadrat kilometr sahəsi olan milli park 1994-cü ildən bəri "Təhlükə altındakı dünya mirasları siyahısı"na daxil edilmişdir. YUNESKO-nun Dünya irsi siyahısına alınmışdır.

Park daxilində Niraqonqo və Nyamuragira adlı iki aktiv vulkan yerləşir. Milli park ərazisində üç mindən çox fauna və flora növü qeydə alınmışdır ki, bunların da 300-dən çoxu endemikdir. En...Read more

Virunqa Milli Parkı (fr. Parc National des Virunga) — Konqo Demokratik Respublikasının şərq hissəsindəki Albertin rifti vadisində yerləşən milli parkdır. 1925-ci ildə əsası qoyulmuşdur və Afrikada yerləşən ilk mühafizəyə alınmış ərazilərdən biri hesab olunur. Yüksəklik baxımından ərazinin relyefi müxtəlifdir. Belə ki, bu milli parkın ən aşağı nöqtəsi dəniz səviyyəsindən 680 metr yüksəklikdə yerləşən Semliki çayı olduğu halda, ən yüksək nöqtəsi 5,109 metr yüksəkliyə sahib Ruvenzori dağlarıdır. Ərazisi Uqanda və Ruanda ilə dövlət sərhədi boyunca şimaldan cənuba 300 km məsafədə uzanır. 8090 kvadrat kilometr sahəsi olan milli park 1994-cü ildən bəri "Təhlükə altındakı dünya mirasları siyahısı"na daxil edilmişdir. YUNESKO-nun Dünya irsi siyahısına alınmışdır.

Park daxilində Niraqonqo və Nyamuragira adlı iki aktiv vulkan yerləşir. Milli park ərazisində üç mindən çox fauna və flora növü qeydə alınmışdır ki, bunların da 300-dən çoxu endemikdir. Endemik növlərə təkcə bu ərazidə rast gəlinən Şərq qorillası və Qızılı meymun nümunə göstərilə bilər.

Photographies by:
Cai Tjeenk Willink - CC BY-SA 3.0
Statistics: Position
251
Statistics: Rank
272835

Add new comment

CAPTCHA
Security
914325678Click/tap this sequence: 8381
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Virunqa Milli Parkı ?

Booking.com
538.407 visits in total, 9.233 Points of interest, 405 Destinations, 174 visits today.