Context of Antarktida

Antarktida — Yerin ən cənub materiki və qitəsi. Antarktida tamamilə Cənub yarımkürəsində yerləşir və Cənub okeanı ilə əhatə olunub. Ərazisi 14,4 milyon kv.km-dir ki, bu da Antarktidanı Yerin ərazisinə görə 5-ci ən böyük materiki edir. Bu ölçüsünə görə o Avstraliyadan təxminən iki dəfə böyükdür. Materikin 98%-i orta qalınlığı 1,6 km olan buz layı ilə örtülüb. Bir kvadrat kilometrə 0,00008 nəfər düşən qitə insanların dünyada ən az məskunlaşdığı yerdir.

Antarktida bütün materiklərin ən soyuq, ən quru, ən küləkli və ən yüksək olanıdır və çox az yağıntılar səbəbindən materikin daxili hissəsi texniki cəhətdən dünyanın ən böyük səhrasıdır. Materikə il ərzində 20 santimetr yağıntı düşür. Materik bütün qitələrin ən yüksək orta yüksəkliyinə malikdir. Antarktidanın daimi məskunları yoxdur və qədim insan məskənlərinin izlərinə də rast gəlinmir. Yalnız pinqvin və suiti kimi soyuğadavamlı canlılar Antarktidanın daimi sakinləridir.

Materikin kəşfindən xeyli əvvəl Terra Austra...Read more

Materikin kəşfindən xeyli əvvəl Terra Australis (Cənub torpağı) və Terra Incognito (Naməlum torpaq) haqqında əfsanə və spekulyasiyalar olsa da, Antarktidanı ilk dəfə 1820-ci ildə Rusiya tərəfindən təşkil olunmuş Mixail Lazarev və Faddey Bellinshauzenin ekspedisiyası kəşf edib. Lakin, çətin iqlim şəraiti və qitənin qalan dünyadan təcrid olunması sonrakı dövrlərdə onun tədqiq edilməsinə böyük maneələr törədib.

Bu gün Antarktidanın hüquqi və beynəlxalq statusunu 1959-cu ildə 12 ölkə tərəfindən imzalanmış və indi 50 iştirakçı tərəfə malik olan Antarktika haqqında konvensiya müəyyən edir. Müqaviləyə əsasən materikdə hərbi sınaqlar keçirmək və faydalı qazıntıların hasilatı ilə məşğul olmaq qadağandır və Antarktida üzərində heç bir ölkə suverenliyə malik ola bilməz. Hal-hazırda müxtəlif ölkələrdən 4 mindən çox tədqiqatçı Antarktida ilə bağlı tədqiqatlara cəlb olunub.

Antraktidada buz örtüyünün 4 kilometr dərinliyində Şərq gölü yerləşir.

Where can you sleep near Antarktida ?

Booking.com
491.212 visits in total, 9.210 Points of interest, 405 Destinations, 50 visits today.