Context of Cənubi Afrika Respublikası

Cənubi Afrika (ing. Republic of South Africa, afrik. Republiek van Suid-Afrika) — Afrikanın cənubunda dövlət.Şimalda Namibiya, Botsvana, Zimbabve, şimal-şərqdə Esvatini və Mozambiklə həmsərhəddir. CAR həmçinin anklav dövlət Lesotonu hər tərəfdən əhatə edir.

Cənubi Afrika Respublikası, Afrikadaki müxtəlif ölkələrindən biridir və qitəyə nəzərən ağ, Asiya və qarışıq əhalinin ən çox olduğu ölkələrdən biridir. Ölkə həm zəngin mineral ehtiyatlara malikdir, həm də Afrikada iqtisadi cəhətdən ən inkişaf etmiş ölkədir və dünyada nisbətən möhkəm mövqelərə malikdir. G20 üzvü olan tək Afrika ölkəsidir.

CAR-ın tarixi və siyasətində əsas məqam qara çoxluğu ilə ağ azlıq arasında irqi münaqişədir. 1948-ci ildən 1990-cı illərə qədər mövcud olmuş aparteid rejimi qurulduqdan sonra özünün kulminasiya nöqtəsinə çatdı. Ayrı-seçkilik qanunlarının tətbiqinin təşəbbüskarı Milli Partiya olmuşdur. Bu siyasət uzun və qanlı mübarizə...Read more

Cənubi Afrika (ing. Republic of South Africa, afrik. Republiek van Suid-Afrika) — Afrikanın cənubunda dövlət.Şimalda Namibiya, Botsvana, Zimbabve, şimal-şərqdə Esvatini və Mozambiklə həmsərhəddir. CAR həmçinin anklav dövlət Lesotonu hər tərəfdən əhatə edir.

Cənubi Afrika Respublikası, Afrikadaki müxtəlif ölkələrindən biridir və qitəyə nəzərən ağ, Asiya və qarışıq əhalinin ən çox olduğu ölkələrdən biridir. Ölkə həm zəngin mineral ehtiyatlara malikdir, həm də Afrikada iqtisadi cəhətdən ən inkişaf etmiş ölkədir və dünyada nisbətən möhkəm mövqelərə malikdir. G20 üzvü olan tək Afrika ölkəsidir.

CAR-ın tarixi və siyasətində əsas məqam qara çoxluğu ilə ağ azlıq arasında irqi münaqişədir. 1948-ci ildən 1990-cı illərə qədər mövcud olmuş aparteid rejimi qurulduqdan sonra özünün kulminasiya nöqtəsinə çatdı. Ayrı-seçkilik qanunlarının tətbiqinin təşəbbüskarı Milli Partiya olmuşdur. Bu siyasət uzun və qanlı mübarizəyə gətirib çıxarıb ki, burada aparıcı rolu qara fəallar - Stiv Biko, Desmond Tutu və Nelson Mandela oynayıb. Daha sonra onlara bir çox ağdərililər, eləcə də hind mənşəli Cənubi Afrikalılar qoşuldular. Aparteidin iflasında beynəlxalq ictimaiyyət tərəfindən təzyiqlər də müəyyən rol oynayıb. Nəticədə, siyasi sistemin dəyişməsi nisbətən dinc şəkildə baş verdi: CAR Afrika qitəsində yeganə ölkədir ki, burada bir dəfə də olsun dövlət çevrilişi həyata keçirilməyib.

Yeni CAR-ı bəzən "göy qurşağı ölkəsi" adlandırırlar, çünki bu ölkədə hər millətdən insana rast gəlmək mümkündür.

Həmçinin, CAR nüvə silahı olan, lakin könüllü olaraq ondan imtina edən ilk dövlətdir.

More about Cənubi Afrika Respublikası

Basic information
  • Currency Cənubi Afrika randı
  • Calling code +27
  • Internet domain .za
  • Mains voltage 230V/50Hz
  • Democracy index 7.24
Population, Area & Driving side
  • Population 62027503
  • Area 1221037
  • Driving side left

Where can you sleep near Cənubi Afrika Respublikası ?

Booking.com
490.919 visits in total, 9.210 Points of interest, 405 Destinations, 1 visits today.