Context of Qaraqalpaqıstan

Qaraqalpaqıstan (qaraqal. Qaraqalpaqstan; özb. Qoraqalpogʻiston) və ya rəsmi olaraq Qaraqalpaqıstan Respublikası (qaraqal. Qaraqalpaqstan Respublikası; özb. Qoraqalpogʻiston Respublikasi) – Özbəkistan Respublikasının tərkibində muxtar respublika. Qaraqalpaqıstan Özbəkistanın şimal-qərbində yerləşir. Paytaxtı və ən böyük şəhəri Nukus şəhəri, ümumi sahəsi 166,600 kvadrat kilometrdir. Qaraqalpaqıstan 14 inzibati rayona bölünmüşdür. Muxtar respublikanın 12 şəhəri və 25 şəhər tipli qəsəbəsi vardır.

Qaraqalpaqıstan torpaqları cənub-şərqdə Özbəkistan, cənubda Türkmənistan, qərb, şimal və şərqdə Qazaxıstanla əhatə olunub. Qaraqalpaqıstan tarixi Xarəzm torpaqları üzərində qurulmuşdur. Bu torpaqlar Aral gölünə tökülən Amudəryanın (Ceyhun) deltası ilə iki tərəfdəki ərazidən yaranmışdır. Aral gölü Qaraqalpaqıstanla Qazaxıstan arasında paylaşılmışdır. Qaraqalpaqıstan Respublikası Qızılqum çölünün qərbini, Amudərya deltasını və Üstyurd yaylasının c...Read more

Qaraqalpaqıstan (qaraqal. Qaraqalpaqstan; özb. Qoraqalpogʻiston) və ya rəsmi olaraq Qaraqalpaqıstan Respublikası (qaraqal. Qaraqalpaqstan Respublikası; özb. Qoraqalpogʻiston Respublikasi) – Özbəkistan Respublikasının tərkibində muxtar respublika. Qaraqalpaqıstan Özbəkistanın şimal-qərbində yerləşir. Paytaxtı və ən böyük şəhəri Nukus şəhəri, ümumi sahəsi 166,600 kvadrat kilometrdir. Qaraqalpaqıstan 14 inzibati rayona bölünmüşdür. Muxtar respublikanın 12 şəhəri və 25 şəhər tipli qəsəbəsi vardır.

Qaraqalpaqıstan torpaqları cənub-şərqdə Özbəkistan, cənubda Türkmənistan, qərb, şimal və şərqdə Qazaxıstanla əhatə olunub. Qaraqalpaqıstan tarixi Xarəzm torpaqları üzərində qurulmuşdur. Bu torpaqlar Aral gölünə tökülən Amudəryanın (Ceyhun) deltası ilə iki tərəfdəki ərazidən yaranmışdır. Aral gölü Qaraqalpaqıstanla Qazaxıstan arasında paylaşılmışdır. Qaraqalpaqıstan Respublikası Qızılqum çölünün qərbini, Amudərya deltasını və Üstyurd yaylasının cənub-şərq hissəsini əhatə edir. Qızılqum səhrası qum təpələriylə dolu çox geniş bir sahədir. Çölün cənubunda Sultan-Ulzdağ dağları uzanır (ən yüksək təpəsi 473 m).

Where can you sleep near Qaraqalpaqıstan ?

Booking.com
491.138 visits in total, 9.210 Points of interest, 405 Destinations, 61 visits today.