官话 ( Mandarin çincəsi )

Bu məqalə Şimali Çində danışılan Mandarin haqqındadır. Çin Xalq Respublikasının rəsmi dili olan Standard Mandarin haqqında məlumat üçün Standart Çin dili məqaləsinə baxın.

Mandarin və ya Beifanghua (北方 話; Hanyu Pinyin: Běifānghuà) — Çin dilinin ən çox danışılan ləhcəsidir. Çinin şimalında danışılmış bütün ləhcələr Mandarin olaraq təsnif edilir. Bununla birlikdə, Mandarin ümumiyyətlə daha dar mənada Çin və Çin Respublikasında (Tayvan) rəsmi dil olaraq işlədilən Standard Çin dilinə (普通话, Putonghua/国语, Guoyu) aiddir.

Mandarinin Pekin ləhcəsi, müasir dövrdə Çin Xalq Respublikasında və Tayvanda, Standart Çin dili adı altında rəsmi dil olaraq tanınır.

Destinations