حائط البراق

( Qərb divarı )

Ağlama divarı — Qüdsdə Məbəd dağının qərb tərəfində yerləşmiş qədim yəhudi məbədi divarının qalıqları. Qüdsdə olan yəhudilər üçün müqəddəs hesab edilən, Qüds məbədinin aşağı hissəsində qalmış qərb divarıdır. Buna görə Qərb divarı (ivr. ‏ הַכּוֹתֶל הַמַּעֲרָבִי‏‎) adı ilə tanınır.. Yəhudilərin, Süleymanın Qüdsdə tikdirdiyi Beyt-ül-Makdisdən qaldığına inandıqları və müqəddəs olaraq qəbul etdikləri divardır.

Yəhudilərin ha-Kotel ha-Ma’aravi (Qərb Divarı) dedikləri bu divar zamanla Xristianlığın təsiriylə "Ağlama Divarı" olaraq adlandırılmışdır. Təxmini olaraq 485 m uzunluğunda olan Ağlama Divarı, torpaq səviyyəsinin üstündə olan iyirmi dörd böyük daş cərgəsi ilə yerin altında qalmış olan on doqquz daş cərgəsindən meydana gəlmişdir. Hündürlüyü torpaq səviyyəsindən etibarən,18 m olub 6 metri məbəd sahəsinin səviyyəsini keçir. Daşlardan bəzilərinin uzunluğu 12 m, hündürlüyü 1 m, ağırlığı isə 100 tondan artıqdır.

Photographies by:
Golasso - CC BY-SA 4.0
Statistics: Position
426
Statistics: Rank
195011

Add new comment

CAPTCHA
Security
385621479Click/tap this sequence: 3746
Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Google street view

Where can you sleep near Qərb divarı ?

Booking.com
491.210 visits in total, 9.211 Points of interest, 405 Destinations, 54 visits today.