Context of Qüds

Qüds (ərəb. القدسəl-Qüds (dinlə)) və ya Yerusəlim (ivr. ‏יְרוּשָׁלַיִם‏‎ Yerushalayim (dinlə)) — Yaxın Şərqdə, Aralıq dənizi ilə Ölü dəniz arasında yerləşən və dünyanın ən qədim şəhərlərindən biri.

İsrail və Fələstin hər ikisi Qüds şəhərinin öz ölkələrinin paytaxtı olmasını iddia edirlər. İsrail Dövləti uzun müddətdir ki, bütün hökumət qurumlarını Qüdsdə saxlamasına baxmayaraq, fələstinlilər də şəhəri Fələstinin əsas nöqtəsi olaraq tanıyırlar, lakin heç bir iddia beynəlxalq səviyyədə tanınmır.

Dünyanın ən qədim şəhərlərindən biri olan Qüdsün adı qədim Mesopotamiyanın mixi yazılarında "Tanrının şəhəri" anlamına gəldiyi düşünülən "Urusalima" olaraq göstərilir. Yəhudilərin şəhər üzərində hakimiyyəti dövründə e.ə. 9-cu əsrdə (İkinci Dəmir dövrü) Qüdsdə əhəmiyyətli t...Read more

Qüds (ərəb. القدسəl-Qüds (dinlə)) və ya Yerusəlim (ivr. ‏יְרוּשָׁלַיִם‏‎ Yerushalayim (dinlə)) — Yaxın Şərqdə, Aralıq dənizi ilə Ölü dəniz arasında yerləşən və dünyanın ən qədim şəhərlərindən biri.

İsrail və Fələstin hər ikisi Qüds şəhərinin öz ölkələrinin paytaxtı olmasını iddia edirlər. İsrail Dövləti uzun müddətdir ki, bütün hökumət qurumlarını Qüdsdə saxlamasına baxmayaraq, fələstinlilər də şəhəri Fələstinin əsas nöqtəsi olaraq tanıyırlar, lakin heç bir iddia beynəlxalq səviyyədə tanınmır.

Dünyanın ən qədim şəhərlərindən biri olan Qüdsün adı qədim Mesopotamiyanın mixi yazılarında "Tanrının şəhəri" anlamına gəldiyi düşünülən "Urusalima" olaraq göstərilir. Yəhudilərin şəhər üzərində hakimiyyəti dövründə e.ə. 9-cu əsrdə (İkinci Dəmir dövrü) Qüdsdə əhəmiyyətli tikinti işləri həyata keçirilmiş və 8-ci əsrdə şəhər İudeya krallığının dini və inzibati mərkəzinə çevrilmişdir. Böyük tarixi boyunca Qüds ümumilikdə iki dəfə darmadağın edilib, 23 dəfə işğal edilib, 52 dəfə hücuma məruz qalıb, 44 dəfə ələ keçirilib və yenidən azad edilmişdir. Qüdsün David Şəhəri adlandırılan ən qədim hissəsi e.ə. 4-cü minillikdə salınmışdır. 1538-ci ildə darmadağın edilmiş şəhərin divarları Sultan Süleyman Qanuninin hökmranlığı altında yenidən hörülmüşdür. Hal-hazırda həmin divarlar müsəlman, xristian, yəhudi olmaq üzrə dörd məhəllədən ibarət Köhnə Şəhəri əhatə edir. 1981-ci ildə Köhnə Şəhər Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Həmin ərazi eyni zamanda təhlükədə olan Ümumdünya irsləri siyahısına da daxil edilib.

Qüds hər üç səmavi din olan İslam, İudaizm və Xristianlıq üçün müqəddəs şəhər sayılır. Qüdsdə bu dinlərin ən məşhur məbədlərinin bir hissəsi yerləşir. Qüds üç böyük din arasındakı ortaq nöqtə kimi bəşəriyyət tarixində özəl bir əhəmiyyət daşıyır. Qüdsdə olan Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsidir. Qüds müsəlmanlar üçün Məkkə və Mədinədən sonra üçüncü müqəddəs şəhərdir.

Where can you sleep near Qüds ?

Booking.com
491.097 visits in total, 9.210 Points of interest, 405 Destinations, 20 visits today.