Context of Buryatiya

Buryatiya (rus. Республика Бурятия, bur. Буряад Улас) — Rusiya Federasiyası subyektlərindən biri. Rusiyanın Asiya hissəsinin cənubunda yerləşir. Sibir federal dairəsinə daxildir. Sahəsi 351,3 min km². Əhalisi 972 134 min (2010). Paytaxtı Ulan-Ude şəhəridir. 21 rayonu, 6 şəhəri, 21 şəhər tipli qəsəbəsi var.

More about Buryatiya

Population, Area & Driving side
  • Population 985431
  • Area 351300
History
  • Buryatiya ərazisində ən qədim mədəniyyətlər Mustye dövrünədək yaranmışdır. Yuxarı Paleolit stasionar və yüngül tikililərin tədqiq edildiyi düşərgələrlə təmsil olunur. Mezolit dövründə (e.ə. 9–6-cı minilliklər) yerli Selenqa və gətirilmə Çikoy mədəniyyətləri yanaşı mövcud idi.[1] Neolit dövründə (e.ə. 8–3-cü minilliklər) Vitim çayı sahilindəki Ust- Karegin mədəniyyətini (qədim daş avadanlığı, regionda ən erkən olan dişli möhürlə vurulmuş ziqzaqlar və cınağı naxışlarla bəzədilmiş dairəvi oturacaqlı keramika) Ust-Yumurçen və Buxusan mədəniyyətləri əvəz etmişdi. Şimalda, Bambuyka çayı sahilində (o cümlədən ən qədim dəfn yeri Aşağı Cilindada) cilalanmış alətlər tapılmışdır. Selenqa çayı boyu ərazilərdə Kitoy mədəniyyəti, Baykal gölündən qərbində Serov mədəniyyəti yayılmışdı. Bu dövrdə Buryatiya əhalisi monqol irqinə mənsub idi. Tunc dövründə Serov mədəniyyəti ənənələrini Selenqaboyuda yayılmış Qlazkovo mədəniyyəti davam etdirirdi. E.ə. 2-ci minillikdən bu ərazidə monqol və Avropa irqlərinin təmsilçilərindən qalmış gətirilmə həm Tavadaşılı qəbirlər mədəniyyəti, həm də Kereksur mədəniyyəti mövcud idi. E.ə. 1-ci minilliyin ortalarında regionun əhalisi dəmir alətləri istifadə etməyə başladı və tədricən Avrasiya çöl mədəniyyətləri arealına daxil oldu.

    ...Read more

    Buryatiya ərazisində ən qədim mədəniyyətlər Mustye dövrünədək yaranmışdır. Yuxarı Paleolit stasionar və yüngül tikililərin tədqiq edildiyi düşərgələrlə təmsil olunur. Mezolit dövründə (e.ə. 9–6-cı minilliklər) yerli Selenqa və gətirilmə Çikoy mədəniyyətləri yanaşı mövcud idi.[1] Neolit dövründə (e.ə. 8–3-cü minilliklər) Vitim çayı sahilindəki Ust- Karegin mədəniyyətini (qədim daş avadanlığı, regionda ən erkən olan dişli möhürlə vurulmuş ziqzaqlar və cınağı naxışlarla bəzədilmiş dairəvi oturacaqlı keramika) Ust-Yumurçen və Buxusan mədəniyyətləri əvəz etmişdi. Şimalda, Bambuyka çayı sahilində (o cümlədən ən qədim dəfn yeri Aşağı Cilindada) cilalanmış alətlər tapılmışdır. Selenqa çayı boyu ərazilərdə Kitoy mədəniyyəti, Baykal gölündən qərbində Serov mədəniyyəti yayılmışdı. Bu dövrdə Buryatiya əhalisi monqol irqinə mənsub idi. Tunc dövründə Serov mədəniyyəti ənənələrini Selenqaboyuda yayılmış Qlazkovo mədəniyyəti davam etdirirdi. E.ə. 2-ci minillikdən bu ərazidə monqol və Avropa irqlərinin təmsilçilərindən qalmış gətirilmə həm Tavadaşılı qəbirlər mədəniyyəti, həm də Kereksur mədəniyyəti mövcud idi. E.ə. 1-ci minilliyin ortalarında regionun əhalisi dəmir alətləri istifadə etməyə başladı və tədricən Avrasiya çöl mədəniyyətləri arealına daxil oldu.

    E.ə. 3 əsr – eramızın 1 əsrində indiki Buryatiya ərazisi hun dövlətinin tərkibinə daxil idi. Hunlar tərəfindən ixtisaslaşmış sənətkarlıq və əkinçilik məskənləri (Durenı, Enxor) salınmış, qalalar (İvolqa arxeoloji kompleksi, Bayan-Unger), zadəganların əzəmətli dəfn yerləri (Qarağac yarğanı) tikilmişdir. Yerli əhalinin sonrakı dövrə aid mədəniyyət abidələri aşkar edilməmişdir. VI əsrdə regionun qərbində Kurumçi mədəniyyəti, şərqində isə Darasun mədəniyyəti meydana gəlmişdi. Cənubda VIII–IX əsrlərdə uyğurlar məskunlaşmışdılar. IX–X əsrlərdə burada Xoyseqor mədəniyyəti yayılmışdı. XIII əsrin əvvəllərində Baykalətrafı tayfalar Monqol imperiyasının tərkibinə qatılmış və Çingiz xanın hərbi ekspansiyasında iştirak etmişdilər. XIII–XIV əsrlərin abidələri Sayantuy mədəniyyətinə aiddir. Bu mədəniyyətin Orta Asiya faktoriyaları (Temnik, Barquzin) və Yuan dövrünə aid monqol malikanələri (Sutay, Narsatuy) məlumdur. Monqol imperiyasının parçalanmasından sonra Baykalönü və Baykalarxası tayfaları monqol xanlarının nəzarəti altında qalırdılar. XVII əsrdə indiki Buryatiya ərazisində buddizm yayıldı (ilk iri məbədlər XVIII əsrin ortaları – 2-ci yarısın da meydana gəldi). XVII əsrin əvvəllərində P.İ. Beketov, M. Perfilyev, D. Firsov və başqalarının komandanlığı altında ilk rus kazak dəstələri regiona soxuldular. Kazakların irəliləməsi ətrafında rus kəndlilərinin məskunlaşdıqları qalaların tikintisi ilə müşayiət olunurdu: Baykalönüdə – Bratsk (1631), Balaqansk (1654), İrkutsk (1661), Baykal arxasında – Barquzin (1648), Selenginsk (1665), Udinsk (1670-ci illər). XVII əsrin ortalarında qərbi buryatların, XVII əsrin 2-ci yarısında Baykalarxası buryatlarının Rusiya dövlətinə birləşdirilməsi başa çatdı. Bu birləşdirmə Rusiya ilə Çin arasında bağlanan Nerçinsk müqaviləsində (1689) təsbit olundu.

    İlk vaxtlar ruslar buryat tayfalarının sosial təşkilinə və mədəniyyətlərinə müdaxilə etmirdilər. Lakin Rusiya müstəmləkəçiliyi regionun təsərrüfat ukladında dəyişikliklərə səbəb oldu. Buryatlar ruslardan xış əkinçiliyini, onun üsullarını, oturaq məişət ünsürlərini və s. mənimsədilər. Buryatların, başlıca olaraq qərb buryatlarının xristianlaşdırılması da Rusiya müstəmləkəçiliyi ilə bağlıdır. Rusiya ilə Monqolustan arasında rəsmi sərhədi müəyyənləşdirən Burinsk müqaviləsinin (1727) bağlanmasından sonra buryat tayfalarının monqol dünyasından ayrılması başladı. XVIII əsrdə Rusiya hökuməti Buryatiyanı vahid siyasi, hüquqi, inzibati, iqtisadi və mədəni məkana daxil etdi. Bununla yanaşı uzun müddət buryatların əsas özünü idarə formaları saxlanılırdı. XVIII əsr – XX əsrin əvvəllərində indiki Buryatiya ərazisi Sibir (1708–64) və İrkutsk (1764–1851) quberniyalarının tərkibinə daxil idi, sonra indiki Buryatiya ərazisinin böyük hissəsi sonralar Uzaq Şərq Respublikasının (UŞR) Baykalarxası quberniyasına (1920–21) qatılan Baykalarxası vilayətinə (1851–1920) verildi. Buryatiyanın cənub-qərbindəki və şimal - qərbindəki kiçik ərazilər İrkutsk quberniyasının (1851–1922) tərkibində qaldı. Kyaxta ümumrusiya və beynəlxalq ticarətin iri mərkəzinə çevrildi. Yadellilərin idarə olunması haqqında nizamnaməyə (1822) görə Buryatiya ərazisində tayşaların başçılığı ilə çöl dumaları təsis edildi. XIX əsr – XX əsrin əvvəllərində S.-Peterburqda, Kazanda, Tomskda, İrkutskda buryat alimləri P.A. Badmayev, Q. Qomboyev, D. Banzarov və M.N. Xanqalovun əsərləri nəşr edildi. XIX əsrin 2-ci yarısında Buryatiyada qızıl hasilatı genişləndi. XIX əsrin sonları – XX əsrin əvvəllərində Transsibir magistralının Buryatiya ərazisindən keçən dəmir yolu qollarının tikintisi regionun inkişafına təsir göstərdi. XX əsrin əvvəllərində buryatlar arasında milli muxtariyyət uğrunda hərəkat meydana gəldi və inkişaf etməyə başladı.

     
    Selenqa rayonu ərazisində tikilmiş ilk kişi monastrı

    Rusiyada Vətəndaş müharibəsi (1917– 22) dövründə indiki Buryatiya ərazisi Yaponiya və Amerika qoşunları tərəfindən dəstəklənən ataman Q.M. Semyonovun qoşunlarının nəzarəti altında idi (1918–20). Semyonov Çita şəhərində Müstəqil Monqol-Buryat Respublikasının hökumətini təşkil etdi. Qırmızı ordu bölmələrinin hücumu (1919–20), həmçinin Çita əməliyyatları (1920) gedişində indiki Buryatiya ərazisi qırmızı ordu hissələri tərəfindən tutuldu. 1921 il aprelin 21-də UŞR-in Baykalarxası quberniyanın da Buryat-Monqol MV (mərkəzi Verxneudinsk ş.) təşkil edildi. 1922 il yanvarın 9-da RSFSR-in İrkutsk quberniyasının cənub-şərq hissəsində və UŞR-in Baykal arxası quberniyasının ucqar qərbində Monqol- Buryat MV (mərkəzi İrkutsk ş.) yaradıldı. 1923 il mayın 30-da Buryat-Monqol MV və Monqol-Buryat MV Buryat-Monqol MSSR-də (mərkəzi Verxneudinsk, 1934 ildən Ulan-Ude) birləşdirildi. 1930–36 illərdə Buryat-Monqol MSSR Şərqi Sibir diyarının tərkibinə daxil idi. 1937 il sentyabrın 26-da SSRİ MİK-in qərarı ilə Buryat-Monqol MSSR-in tərkibindən ərazilərin bir hissəsi ayrıldı. Respublikanın Aqa və Ulan-Onon aymaklarından Çita vilayətinin tərkibində Aqa Buryat-Monqol milli mahalı, Alarsk, Boxansk və Exirit-Bulaqat aymaklarından isə İrkutsk vilayətinin tərkibində Ust-Orda Buryat-Monqol milli mahalı yaradıldı. 1958 il iyulun 7-də Buryat-Monqol MSSR-in adı dəyişdirilərək Buryat MSSR oldu. 1990 il oktyabrın 9-da Buryat MSSR Ali Sovetnin sessiyasında dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul edildi, respublika isə Buryat SSR adlandırıldı. 1992 il martın 27-də indiki adı qəbul edildi.[2]

    "Окладников А. П. Варварина Гора — новый памятник леваллуазского этапа палеолита за Байкалом. // Археологические открытия 1973 года. М.: 1974. С. 215-216". 2016-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31. "Закон Бурятской ССР от 27.03.1992 № 213-XII «Об изменении наименования Бурятской Советской Социалистической Республики»". 2016-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.
    Read less

Where can you sleep near Buryatiya ?

Booking.com
490.796 visits in total, 9.208 Points of interest, 405 Destinations, 83 visits today.