ایران

İran
Dolphinphoto5d - CC BY-SA 4.0 Dolphinphoto5d - CC BY-SA 4.0 Mahmoud Hashemi from San Jose, CA, USA - CC BY-SA 2.0 Örlygur Hnefill - CC BY 2.0 Tasnim News Agency - CC BY 4.0 Shahab P. - CC BY-SA 4.0 DAVID HOLT - CC BY-SA 2.0 Adam Jones - CC BY-SA 2.0 Soroush.javadian - CC BY-SA 4.0 Alireza Javaheri - CC BY 3.0 Hamidrasooli1364 - CC BY-SA 4.0 Erfan Samanfar - CC BY 4.0 Amir Pashaei - CC BY-SA 4.0 Daryaafzali - CC BY-SA 4.0 Dolphinphoto5d - CC BY-SA 4.0 Aref jm - CC BY-SA 4.0 Carole Raddato - CC BY-SA 2.0 Mohammad Reza Domiri Ganji - CC BY-SA 4.0 DAVID HOLT - CC BY-SA 2.0 Arad - CC BY-SA 3.0 Ninara from Helsinki, Finland - CC BY 2.0 Fariborz at English Wikipedia - Public domain Diego Delso - CC BY-SA 4.0 - Public domain Örlygur Hnefill - CC BY 2.0 Stefan Krasowski from New York, NY, USA - CC BY 2.0 Beluchistan - CC BY-SA 2.0 Nima bagheri - CC BY-SA 4.0 Andrew.Lorenzs - Public domain Diego Delso - CC BY-SA 4.0 Dardodel - CC BY-SA 4.0 Dolphinphoto5d - CC BY-SA 4.0 Basp1 - CC BY-SA 4.0 R.shahi24 - CC BY-SA 4.0 Beluchistan - CC BY-SA 2.0 Blondinrikard Fröberg from Göteborg, Sweden - CC BY 2.0 Dolphinphoto5d - CC BY-SA 4.0 Edriss bahrampour - CC BY-SA 4.0 Edriss bahrampour - CC BY-SA 4.0 Morteza salehi70 - CC BY-SA 4.0 Mahdi Kalhor - CC BY 3.0 Amir Pashaei - CC BY-SA 4.0 Dolphinphoto5d - CC BY-SA 4.0 Delphine74 - CC BY-SA 3.0 Meysem - CC BY-SA 3.0 Dolphinphoto5d - CC BY-SA 4.0 Iman Yari - CC BY-SA 4.0 Dolphinphoto5d - CC BY-SA 4.0 Örlygur Hnefill - CC BY 2.0 Örlygur Hnefill - CC BY 2.0 Ara9979 - CC BY-SA 4.0 Dolphinphoto5d - CC BY-SA 4.0 Morteza salehi70 - CC BY-SA 4.0 Örlygur Hnefill - CC BY 2.0 Shahab P. - CC BY-SA 4.0 Abolfazl Ahmadi - CC BY-SA 4.0 Andrew.Lorenzs - Public domain No images

Context of İran


İran (fars. ایران) və ya rəsmi adı ilə İran İslam Respublikası (fars. جمهوری اسلامی ایران) — Qərbi Asiyada dövlət. İran şimal-qərbdən Azərbaycan və Ermənistan, şimaldan Xəzər dənizi, şimal-şərqdən Türkmənistan, şərqdən Əfqanıstan və Pakistan, cənubdan Fars körfəzi və Oman körfəzi, qərbdən Türkiyə və İraqla əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Tehran , ümumi sahəsi 1,648,195 kvadrat kilometr, əhalisinin sayı 83 milyon nəfərdən çoxdur. İran ərazi böyüklüyünə görə Yaxın Şərq regionunda ikinci, dünya ölkələri arasında on yeddinci, əhalisinin sayına görə isə on səkkizinci ölkəsidir. Ölkənin Avrasiyanın mərkəzində və Qərbi Asiyada yerləşməsi, həmçinin Hörmüz boğazına yaxınlığı ona geostrateji əhəmiyyət qazandırmışdır

İran dünyanın ən qədim sivilizasiyalarından birinə ev sahibliyi edir. Hələ eramızdan əvvəl dördüncü minillikdə bu ərazidə Elam krallığı mövcud olmuşdur. Bu dövlət eramızdan əvvəl 7-ci əsrdə Madaylar tərəfindən işğal olunmuşdur. E...Read more


İran (fars. ایران) və ya rəsmi adı ilə İran İslam Respublikası (fars. جمهوری اسلامی ایران) — Qərbi Asiyada dövlət. İran şimal-qərbdən Azərbaycan və Ermənistan, şimaldan Xəzər dənizi, şimal-şərqdən Türkmənistan, şərqdən Əfqanıstan və Pakistan, cənubdan Fars körfəzi və Oman körfəzi, qərbdən Türkiyə və İraqla əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Tehran , ümumi sahəsi 1,648,195 kvadrat kilometr, əhalisinin sayı 83 milyon nəfərdən çoxdur. İran ərazi böyüklüyünə görə Yaxın Şərq regionunda ikinci, dünya ölkələri arasında on yeddinci, əhalisinin sayına görə isə on səkkizinci ölkəsidir. Ölkənin Avrasiyanın mərkəzində və Qərbi Asiyada yerləşməsi, həmçinin Hörmüz boğazına yaxınlığı ona geostrateji əhəmiyyət qazandırmışdır

İran dünyanın ən qədim sivilizasiyalarından birinə ev sahibliyi edir. Hələ eramızdan əvvəl dördüncü minillikdə bu ərazidə Elam krallığı mövcud olmuşdur. Bu dövlət eramızdan əvvəl 7-ci əsrdə Madaylar tərəfindən işğal olunmuşdur. Eramızdan əvvəl 6-cı əsrdə isə Əhəmənilər İmperiyasının banisi olan II Kirin hakimiyyəti illərində bu imperiyanın ərazisi Şərqi Avropadan (yəni indiki Türkiyə əraziləri daxil olmaqla Bolqarıstan, Albaniya, Ukrayna, Krım, şimali və cənubi Qafqazdan) Hind çayına qədər uzanırdı ki, bu da həmin imperiyanı tarixin ən böyük dövlətlərindən birinə çevirmişdi. Eramızdan əvvəl dördüncü əsrdə İran ərazisinin Makedoniyalı İsgəndər tərəfindən işğal olunması nəticəsində burada Ellinizm mədəniyyəti kök saldı. Parfiya dövlətinin yaranması ilə İran üsyanı özünün kulminasiya nöqtəsinə çatdı. Həmin dövlətin ardıcılı hesab olunan Sasanilər İmperiyası isə eramızın üçüncü əsrindən etibarən dörd əsr boyunca dünyanın aparıcı gücü hesab edilirdi.

Yeddinci əsrdə imperiya ərazisinin ərəblər tərəfindən işğal olunmasından sonra İranda mövcud olan yerli Zərdüştilik və Manixeizm dinləri İslam dini ilə əvəzləndi. İran İslamın qızıl çağına mühüm töhfələr vermişdir. Bu töhfələr xüsusilə incəsənət və elm sahələrində özünü büruzə verdi. İki əsrdən sonra İranın müxtəlif müsəlman xanədanlıqlarına bölünməsinin ardınca, ərazi türklər və monqollar tərəfindən işğala məruz qaldı. 15-ci əsrdə Səfəvilər dövlətinin yüksəlişə keçməsi ilə vahid dövlətin yaradılması prosesi yenidən başladı. Səfəvilərin şiəlik təriqətini əsas götürməsi ilə İran və İslam tarixində dönüş nöqtəsi qeydə alındı. Nadir Şahın hakimiyyəti illərində İran dövrün ən güclü dövlətlərindən biri hesab olunsa da, 19-cu əsrdən etibarən Qacarilərin Rusiya imperiyası ilə aralarında baş verən ardıcıl münaqişələr ciddi ərazi itkiləri ilə nəticələndi. İran Qafqazı və İğdır, Qars və s əraziləri Gülüstan və daha sonra Türkmənçay müqavilələrində Rusiyaya verməli oldu. 1905–1911-ci illəri əhatə edən Məşrutə inqilabı ölkənin konstitusiyalı monarxiyaya çevrilməsi ilə nəticələndi. 1953-cü ildə Böyük Britaniya və ABŞ-nin təhriki ilə baş tutmuş İran çevrilişi ölkədə Qərb əleyhinə narazılığın artması ilə nəticələndi. Xarici təsir və siyasi repressiya əleyhinə narazılıqlar 1979-cu ildə İran İslam İnqilabının başlanmasına səbəb oldu və nəticədə, ölkə İslam respublikasına çevrildi. Beləliklə, "Ali lider" tərəfindən rəhbərlik olunan teokratik hökumətin əsası qoyuldu. 1980-ci illər ərzində təqribən 8 il müddətinə davam etmiş İraq-İran müharibəsi hər iki tərəf üçün ciddi itkilərin baş verməsi ilə((2000-ci illərdən bəri İranın mübahisəli nüvə proqramı narahatlıqların artmasına səbəb olmuş və ölkə əleyhinə beynəlxalq sanksiyaların tətbiq olunması ilə nəticələnmişdir. 14 iyul 2015-ci ildə Altılıq ölkələri ilə İran arasında hərtərəfli fəaliyyət proqramı əsasında razılaşma əldə olunmuşdur. Bu razılaşmaya əsasən İrana qarşı tətbiq olunan sanksiyaların yumşaldılması qarşılığında İran hökuməti zənginləşdirilmiş uran istehsalını azaltmalı idi.

Suveren dövlət olan İran BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və OPEK kimi qurumların üzvüdür. Əsas regional güclərdən biri hesab olunan İran dünyanın ən böyük təbii qaz ehtiyatlarına və təsdiqlənmiş dördüncü ən böyük neft ehtiyatlarına sahib ölkədir. Bu səbəblərdən də İran hal-hazırda beynəlxalq enerji təhlükəsizliyi və dünya iqtisadiyyatına nəzərə çarpacaq təsir göstərir.

Zəngin mədəni irsə sahib olan İran UNESCO-nun Ümumdünya irsi siyahısında 22 mədəni mirasa sahibdir. Bu, Asiyada üçüncü, dünya üzrə isə səkkizinci ən yaxşı göstəricidir. İran müxtəlif etnik və linqvistik qrupların yaşadığı ölkədir. Ölkə ərazisində yaşayan ən böyük etnik qruplar farslar, azərbaycanlılar, kürdlər, talışlar, giləklər, mazanilər və lurlardır.

Phrasebook

Sənin adın nədir?
اسمت چیه؟
İnternet
اینترنت
Açıq
باز کن
Bağışlayın
ببخشید
Bağlı
بسته شد
İçki
بنوشید
Tualet
توالت
Çıx
خارج شوید
Buyurun
خواهش میکنم
Tualet haradadır?
دستشویی کجاست؟
Qadınlar
زنان
Qida
غذا

Where can you sleep near İran ?

Booking.com
493.495 visits in total, 9.222 Points of interest, 405 Destinations, 63 visits today.