Context of Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistan və ya rəsmi adı ilə Səudiyyə Ərəbistan Krallığı (ərəb. المملكة العربية السعودية Al-Mamlakah al-'Arabiyah as-Sa'udiyah) — Qərbi Asiyada yerləşən bu dövlət Ərəbistan yarımadasının böyük hissəsini əhatə edir. Təqribən 2,150,000 km² quru sahəsi ilə Yaxın Şərqin ən böyük, Asiya qitəsinin beşinci ən böyük və ümumilikdə dünyanın ən böyük 12-ci ölkəsidir. Səudiyyə Ərəbistanı şimaldan İordaniya və İraq, şimal-şərqdən Küveyt, şərqdən Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, cənub-şərqdən Oman, cənubdan isə Yəmənlə həmsərhəddir. Aqaba körfəzi vasitəsilə İsrail və Misirdən ayrılmışdır. Həm Qırmızı dəniz, həm də Fars körfəzi sahilində yerləşən yeganə dövlət olan Səudiyyə Ərəbistanın ərazisinin əsas hissəsi səhralarla örtülüdür. 2018-ci ilin oktyabr ayına olan məlumata əsasən Səudiyyə Ərəbistan sahəsinin böyüklüyünə, əhalisinin sayına və iqtisadiyyatına görə Yaxın Şərq regionunda yerləşən ən böyük dövlətdir.

Hal-hazırda Səudiyyə Ərəbist...Read more

Hal-hazırda Səudiyyə Ərəbistanın nəzarəti altında olan ərazilərdə vaxtilə bir neçə qədim mədəniyyətlər və sivilizasiyalar mövcud olmuşdur. Dünyada ilk insan məskənlərinin bəzilərinin də burada yerləşdiyi güman edilir. Hazırda dünya əhalisinin ən çox etiqad etdiyi ikinci din hesab olunan İslam dini də müasir Səudiyyə Ərəbistanı ərazisində təşəkkül tapmışdır. 7-ci əsrin əvvəllərində Məhəmməd peyğəmbər Ərəbistan əhalisini birləşdirməyi bacarmış və vahid İslam dövlətinin əsasını qoymuşdur. İndiki Səudiyyə Ərəbistanı ərazisində meydana gəlmiş ərəb xanədanlıqlarına Raşidi (632–661), Əməvilər (661–750), Abbasilər (750–1517) və Fatimilər (909–1171) nümunə göstərilə bilər.

Müasir Səudiyyə Ərəbistanı ərazisi keçmişdə mövcud olmuş Hicaz, Nəcd, Şərqi Ərəbistan və Cənubi Ərəbistan vilayətlərindən ibarətdir. Səudiyyə Ərəbistanı Krallığının əsası 1932-ci ildə Əbdüləziz bin Əbdürrəhman əs-Səud tərəfindən qoyulmuşdur. O, burada mövcud olmuş dörd regionu vahid dövlət halında birləşdirməyi bacarmışdır. Səudiyyə Ərəbistanı həmin vaxtdan etibarən mütləq monarxiya idarəetmə üsulu ilə İslam dəyərləri əsasında idarə olunur. İslam dini Səudiyyə Ərəbistanı hökuməti tərəfindən qlobal miqyasda təbliğ olunur və maliyyə dəstəyi ilə təmin olunur. İslam dünyası üçün iki müqəddəs məkan hesab edilən Məscidül-Həram (Məkkə şəhərində) və Məscidül-Nəbi (Mədinə şəhərində) də bu ölkədə yerləşir. 2017-ci ilə olan məlumata görə ölkə əhalisi 33 milyon nəfərdir. Ölkənin rəsmi dili ərəb dilidir.

Səudiyyə Ərəbistanında ilk neft yatağı 3 mart 1938-ci il tarixində kəşf olunmuş və bunun ardınca ölkənin Şərq vilayətində də bir neçə neft yatağı aşkar olunmuşdur. Səudiyyə Ərəbistanı həmin vaxtdan etibarən ABŞ-dən sonra dünyanın ən böyük neft istehsalçısı və ixracatçısına çevrilmişdir. Dünyanın ikinci ən böyük neft ehtiyatı və altıncı ən böyük təbii qaz ehtiyatları da burada yerləşir. Krallıq G20 beynəlxalq forumunun üzvü olan yeganə ərəb ölkəsidir. Dünya üzrə hərbi sahəyə ən çox maliyyə vəsaiti ayıran üçüncü ölkə olan Səudiyyə Ərəbistanı avtokratik monarxiyadır. Ölkə Körfəz Əməkdaşlıq Şurasına əlavə olaraq İslam Əməkdaşlıq Təşkilatı və OPEK təşkilatının aktiv üzvüdür.

More about Səudiyyə Ərəbistanı

Basic information
  • Calling code +966
  • Internet domain .sa
  • Mains voltage 230V/60Hz
  • Democracy index 2.08
Population, Area & Driving side
  • Population 791105
  • Area 2250000
  • Driving side right

Where can you sleep near Səudiyyə Ərəbistanı ?

Booking.com
491.372 visits in total, 9.210 Points of interest, 405 Destinations, 42 visits today.